Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sədr müavinindən Mərdanova cavab: “Bu sözlər xalqın təhsilimizin gələcəyinə olan inamına sarsıdıcı zərbədir”

Tarix: 09-10-2021 17:52     Baxış: 4236 A- / A+
Nadir İsrafilov

Xalqın səviyyəsi necədirsətəhsil də elədir” düşüncəsində olan bir şəxsin “Çoxları yaltaq, qorxaq adamdır, söz deyən deyil...” kimi növbəti mücərrəd və məntiqsiz atmacasına reaksiya verməyi öz səviyyəmə və nüfuzuma yaraşdırmıram.
 
Ancaq,  təmsil olunduğum Şuranın sədri hörmətli Şahlar müəllimin opponentinə konkret dəlillərə əsaslanan tutarlı cavab vermək əvəzinə, “Misir Mərdanovun fikirlərinə hörmətlə yanaşıram. Mən heç özüm də bu il şurada təmsil olunmaq istəmirəm və bunu cənab nazirə bildirmişəm” kimi həmrəylik və barışdırıcılıq mövqeyi  məni çox məyus etdiyindən, təhsilimizə heç də baş ucalığı gətirməyən  bu xoşagəlməz olayla bağlı bəzi mülahizələrimi bildirmək zorundayam”.
 
Manevr.az bildirir ki, bunu AzEdu.az-a açıqlamasında  Təhsil Nazirliyi yanında İctimai Şuranınsədr müavini Nadir İsrafilov  sabiq Təhsil naziri Misir Mərdanovun bu qurum barədə tənqidi fikirlərinə münasibət bildirərkən deyib.
 
 
Təhsil mütəxəssisi sədr müavini olduğu İctimai Şuranın ünvanına deyilən sözlərə  aydınlıq gətirməklə yanaşı, Misir Mərdanovun nazir kimi  fəaliyyətindən  də danışıb:
 
“Şahlar müəllim nəinki, ölkəmizdə, Respublikamızın hüdudlarından kənarda da tanınan və sayılan dəyərli alimlərimizdən biridir. Əlbəttə onu da başa düşürəm ki, Şahlar müəllimin bu mövqeyi onun böyüklüyünün, həddən artıq ziyalılığının, öz şəxsiyyətinə və ləyaqətinə  hörmətlə yanaşmasının, adi elementar etik normalarını belə gözləməsinin göstəricisi kimi söz güləşdirməkdən uzaq bir insan olduğunun sübutu olsa da kimlərsə bunu -   “şurada təmsil olunmaq istəmirəm” ifadəsini Misir Mərdanovun dəyirmanına su tökmək kimi başa düşməsin.
 
Yəqin ki, Misir Mərdanov özü də bilməmiş deyil ki, təhsilimizə “canıyanan” obrazı yaradıb, ətrafında və geniş ictimaiyyətin müəyyən dairələrində adının hələ də bir qədər hörmətlə anılması heç də  onun  uzunmüddətli rəhbərliyi zamanı təhsilimizə verdiyi “töhfələrlə” əlaqədar olmayıb, Bakı şəhəri təhsil işçiləri qarşısında etdiyi “odlu-alovlu” çıxışı ilə bağlıdır: “Bu gün Azərbaycanda əl üstə gəzməyə layiq olan çoxsaylı müəllimlərimiz var. Ancaq biz onlara nə veririk? – 200 manat pul veririk. 200 manata kim gəlib kimin uşağını hazırlayar, qardaş! Biz gedib hazırlayarıq? – Əlbəttə, hazırlamarıq. Sən müəllimə gəl 2000 manat pul ver, gör sənin uşağın repetitorun yanına gedir, ya getmir? Vermirik axı, əzizim. Üzr istəyirəm bu sözümə görə: Normal, ağlı başında olan adam gedib 200 manata əsəblərini korlayarmı?! Şəxsən adamlar tanıyıram ki, çox yüksək qabiliyyətli adamlardır, mənim onlara bu gün də böyük hörmətim var, işlədiyi yerdən rəsmi ərizə yazıb çıxıb, 3 otaqlı evinin 2 otağına partaları düzüb, 20 dənə uşaq hazırlayır, ayda da 20000 manat zəhməti ilə pul qazanır. Bazar iqtisadiyyatıdır, pulun varsa, yaşayırsan. Olmasa neyləməlisən?!”.
 
Əgər, Misir Mərdanov bu qədər səmimi olub, millətin təhsilinə belə canıyananlıq göstərirdisə, bu sözləri niyə Azərbaycan təhsilinə 15 illik rəhbərliyinin ilk illərində deyil, məhz mövqeyinin sarsıldığı son ilində dedi? Orta statistikalı azərbaycanlıya da aydındır ki, bu onun adının gələcəkdə təhsil səlnaməmizə təhsilimizin dayaqlarını sarsıdan bir nazır kimi yox, çoxsaylı müəllimlər ordusu qarşısında dövlətə və hökumətə olduqca sərt mesajlar göndərən cəsarətli məmur kimi düşməsin yönəlik bir jest idi.
 
Bilən bilir, bilməyən də bilsin ki, “qanunsuz köçürmələr”, “saxta diplomlar” kimi anlayışlar  pedaqoji leksikonumuza məhz Misir Mərdanov “erasında” daxil oldu. TQDK-nın saxta diplomlarla bağlı dəhşətsaçan statistik həyəcan siqnalından sonra yaranan vəziyyətlə bağlı durum qonşu ölkələrdə də dilə-dişə düşəndə, hətta Türkiyənin məşhur erotik kino aktrisası Müjdə Ar Bakıdan saxta diplom alacağını bəyan edəndə də buna əhəmiyyət vermədiyimizdən, indi saxta diplomlularla bağlı araşdırmalarımız hələ də davam edir.
 
Nəyinsə müqabilində mənşəyi hələ də dəqiq məlum olmayan, ölü latın dilindən götürdüyümüz əcnəbi kurikulumlar millətə “ümumtəhsil məktəbinin milli konsepesiyası” kimi sırınandan bəri, nə müəllimin, nə də şagirdin düz-əməlli baş çıxarmadığı, təhsilimizə əlavə problemlər yaradan bu islahatların açı bəhrəsinin nəticələri ilə üz-üzə qalmışıq, kurrikulum və buna yuğun milli qiymətləndirməni fəsadlarını aradan qaldırmaq üçün bu günə qədər baş sındırırıq. Hansını deyim...?
 
N.İsrafilov həmçinin, Misir Mərdanovun şura ünvanına dediyi sözləri İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanunu”na hörmətsizlik adlandırıb:
 
“Çoxları yaltaq, qorxaq adamdır… özümü həmin qüruma üzv etmək istəmirəm”- bu nə səmimiyyətdir, ziyalı yanaşmasıdır? Əgər, kiminlə ədavətin, şəxsi zəmində ziddiyyətin varsa, digər bununla əlaqəsi olmayan günahsızlara iftira atmaq, çamur yaxmaq nə deməkdir? Şuranın 11 üzvündən bəlkə də 9-nun şərəf və ləyaqətini təhqir etmək fikrinə düşmüşdünsə, heç olmasa uzun illər çiyinə-çiyinə işlədiyin özünə həmfikir saydığın  Bakı səhər Təhsil idarəsinin rəisinə və Dərslikləri Qiymətləndirmə Şurasının sədrinə hörmət qoyaydın. Axı, onlar da hazırda özünə yaraşdırmadığın şurada təmsil olunurlar. Bəlkə, bu məsələni bu dərəcədə qabartmayıb, həmin quruma üzv etmək istəyənlərin qulağına pıçıldamaq daha ağlabatan olardı? Suallar çoxdur...
 
Hesab edirəm ki, belə bir provakasion açıqlama təhsilin inkişafında marağı olan tərəflər arsında nifaq salmaq, qarşıdurma yaratmaq məqsədinə xidmət edən uğursuz bir cəhdddir. Belə bir düşüncə, xalqın təhsilimizin gələcəyinə olan inam və ümidinə sarsıdıcı zərbə olmaqla yanaşı, dövlətçiliyimizə, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanunu”na hörmətsizlikdən başqa bir şey deyil. Belə bir müdrik kəlam var: “İnsanı ən çox utandıran şey yalanının üzə çıxmasıdır." Əlbəttə, əgər o insanda zərrə qədər də olsa, utacaqlıq hissi varsa...

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar