Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Sülhməramlılar erməni hərbçiləri Qarabağa buraxmadı  — TƏFƏRRÜAT

Tarix: 03-10-2021 21:24     Baxış: 3166 A- / A+
Sülhməramlılar erməni hərbçiləri Qarabağa buraxmadı  

Dünən Ermənistanın fərqli hərbi hissələrindən olan çağırışçılar, məzuniyyət müddəti bitdikdən sonra xidməti yerlərinə qayıtmaq istəmədiklərini, müəyyən hərbi xidmət vəzifələrini yerinə yetirməkdən imtina etdiklərini bildirib. Onların Qarabağda qanunsuz xidmət edən əsgərləri isə sülhməramlılar tərəfindən əraziyə buraxılmayıb.

Bu barədə Ermənistanın İstintaq Komitəsi bəyanat yayıb.

Hadisə ilə bağlı cinayət işi açılıb, hərbçilərin həbs edildiyi bildirilib.

Qeyd edək ki, erməni mətbuatı əsgərlərin xidməti yerlərinə qayıtmaq istəmədiyini müharibədən sonrakı vəziyyətlə əlaqələndirib.

Onu da deyək ki, Qarabağda qanunsuz xidmət edən erməni əsgərləri məzuniyyət vaxtı Ermənistan ərazilərinə gedib. Məzuniyyət müddəti bitdikdən sonra isə onlar Qarabağa yenidən qayıtmaq istəyəndə əraziyə buraxılmayıb.

Erməni hərbçilərindən birinin atası deyib ki, onun oğlu məzuniyyətdən qayıdanda Qarabağa buraxılmadığı üçün qanunsuz məskunlaşdıqları hərbi hissəyə qayıda bilməyib. Buna görə də o, xidmətdən yayınmaq iddiası ilə həbs edilib.

Bildirilib ki, əsgərlər hərbi biletini rus sərhədçilərinə göstərdikdən sonra, onların mülki yox, əsgər olduğu aydın olub. Buna görə də hərbçilər Qarabağa girə bilməyib.

Bu da erməni KİV-də "tezliklə Qarabağda bir dənə də olsun erməni əsgəri qalmayacaq, düşmənin tələbi ilə erməni qoşunları yavaş-yavaş "Artsax"dan geri çəkilir" sözləri ilə etiraza səbəb olub. demokrat.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar