Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Qafan-Gorus yolunda daha bir QADAĞA: Ermənistan və İran maşınları..

Tarix: 02-10-2021 21:46     Baxış: 4279 A- / A+
Qafan-Gorus yolunda daha bir QADAĞA: Ermənistan və İran maşınları..

Azərbaycan hərbçiləri Qafan-Gorus avtomobil yolunun ölkəmizin qanuni ərazisinə daxil olan hissəsindən keçən Ermənistan və İran maşınlarına daha bir məhdudiyyət qoyub.

Bu haqda "Hraparak” nəşri məlumat yayıb.

Nəşrin xəbərinə görə, yeni qadağaya əsasən, Ermənistan və İrandan gələn maşınlar yalnız gündüz saatlarında və bir saatdan bir buraxılır.

Məlumatla bağlı dünən erməni jurnalistlərə Gorus bölgəsinin ruhani keşişi Aharon Melkumyan da danışıb:

"Azərbaycan hərbçiləri bir saat ərzində maşınları girişdə toplayır və yalnız 1 saat tamam olduqdan sonra onlar Rusiya sülhməramlılarının müşayiəti ilə keçid məntəqəsindən keçirlər. Dünən Vorotana(Urud-S.L.) getməli oldum. On dəqiqə gecikdiyim ortaya çıxdı və artıq keçməyimə icazə vermədilər. Nəticədə 1 saat tamam olana qədər, yəni 50 dəqiqə gözləməli oldum".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar