Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

DİQQƏT: Tarif Şurası bu dərmanların qiyməti ilə bağlı qərar verdi

Tarix: 30-09-2021 07:09     Baxış: 3236 A- / A+
DİQQƏT: Tarif Şurası bu dərmanların qiyməti ilə bağlı qərar verdi

Tarif (Qiymət) Şurasının növbəti iclası keçirilib.

Məlumatda deyilir ki, Prezident İlham Əliyevin 15 aprel 2020-ci il tarixli fərmanının 3.1-ci bəndində “Baytarlıq haqqında” qanunun 39.5-ci maddəsinə uyğun olaraq, xidmət haqqını Nazirlər Kabinetinin müəyyən etməsi təsbit olunub. Tapşırığın icrası ilə əlaqədar Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli qərarı ilə baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqqının məbləği təsdiq edilib.

Bu baxımdan iclasda “Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına maliyyələşdirilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Şuranın 26 iyul 2007-ci il tarixli qərarı ləğv olunub, həmçinin, yeni dövlət qeydiyyatına alınan 200-ə yaxın dərman vasitəsinin qiymətləri də təsdiq edilib.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 12864 dərman vasitəsinin tam siyahısı Şuraın rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərarlarla saytın (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar. musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar