Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Vətən Müharibəsi Qəhrəmanı adı almağımı Laçın meşələrində eşitdim - XTD komandiri - ŞƏKİL

Tarix: 29-09-2021 11:01     Baxış: 3230 A- / A+
Vətən Müharibəsi Qəhrəmanı adı almağımı Laçın meşələrində eşitdim - XTD komandiri - ŞƏKİL

Azərbaycanın 44 günlük müharibədə zəfər qazanmasından bir il ötür. Ordumuzun sentyabrın 27-də erməni işğalçılarına qarşı başlatdığı əks-hücum əməliyyatı şanlı qələbəmizlə sona çatdı.44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Şanlı Ordumuz işğalçı ermənistan ordusunu darmadağın edərək böyük qazandı.

Şuşanın işğaldan azad edilməsiylə tam qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qaldırmaqdan başqa yolu qalmadı. Vətən müharibəsində bütün dünya xalqımızın əzmini, ordumuzun döyüş qabiliyyətini gördü.

Bu müharibədə əsas güc əsgər və zabitlərimizin üzərinə düşdü. Həmin zabitlərdən biri də Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsinin kapitanı Nicat Bədəlovdur.

Vətən müharibəsi Qəhrəmanı Nicat Bədəlov özü haqqında bəzi məlumatları və müharibə ilə bağlı təəssüratlarını danışıb.

"Mən Bədəlov Nicat Mehman oğlu 12 dekabr 1989-cu ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşam. Uşaqlıqdan hərbi sənətə marağım olub. On dörd ildir ki, hərbi xidmətdəyəm. Bunun on ili Xüsusi Təyinatlı Dəstə ilə bağlıdır. Hərbidə olduğum müddətdə arzum, istəyim torpaqları azad etmək, şəhidlərimizin qisasını almaq olub.

Nəhayət, 27 sentyabr həmin günün başlanğıcı oldu. İlk döyüşüm Murovdağ istiqamətində, daha sonra Cəbrayıl, Xocavənd, Füzuli və Şuşanın azad olunması uğrunda olub. Bütün bu istiqamətlərdə gedən döyüşlərdə ön dəstədə vuruşmuşam. Düşmənin xeyli sayda canlı qüvvəsini məhv etmişəm. Heç birimizin gözündə qorxu yox idi. Heç bir çətinlik bizi çəkindirmirdi. Bizim üçün ən sarsıdıcı anlar çiyin-çiyinə döyüşdüyümüz yoldaşlarımızın şəhid olması idi. Şükür ki, onların qanı yerdı qalmadı.

Vətən Müharibəsi Qəhrəmanı adı almağımı Laçın meşələrində eşitdim. Və bu, doğrudan da, gözlənilməz oldu.

Biz qalib idik. İllərlə həsrətində olduğumuz arzumuza çatmışdıq. Bu 44 gündə xalqımız vətən uğrunda bir yumruq kimi birləşdi. Gənclərə sözüm budur ki, öz torpaqlarını ürəkdən sevsinlər, millətinə, dövlətinə, rəhbərinə sadiq olsunlar".trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar