Xəbər lenti
Gürcüstanın Baş naziri bu gün Azərbaycana gələcək
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu gün Azərbaycana səfər edəcək.
Yenisabah.az xəbər verir ki, bu barədə İ.Qaribaşvili öz açıqlamasında bildirib.
Baş nazir qeyd edib ki, Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək və daha sonra Ermənistana səfər edəcək.
"Sabah mən Bakıya yola düşəcəm və çox hörmət etdiyim, yaxşı əlaqələrimizin olduğu Prezident İlham Əliyevlə görüşəcəm. Bizim ən başlıca məsələ olan qarşılıqlı etimadımız var. Ölkələr və liderlər arasında etimad olduğu zaman bütün məsələlər də aidiyyəti üzrə həllini tapır", - deyə Baş nazir qeyd edib.
İ.Qaribaşvili vurğulayıb ki, o, Gürcüstanın Ermənistan və Azərbaycan arasında bir neçə ay öncə başladılan etimad bərpası prosesinə faydalı töhfələr verməsini istəyir. Əlavə edib ki, 30 ildə ilk dəfə olaraq Gürcüstan ABŞ-ın da dəstəyi ilə Ermənistan və Azərbaycan arasında vasitəçilik etməyə nail olunub və bu, uğurlu presedentdir. apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar