Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

“Araik erməni məmur və hərbçiləri Azərbaycan hərbçilərinə qarşı çıxmamağa çağırıb və...”

Tarix: 28-09-2021 23:01     Baxış: 3136 A- / A+
"Bir neçə gün əvvəl Azərbaycan Silahlı Qüvvələri Amaras monastır kompleksinə doğru irəliləyərək həm monastıra nəzarəti ələ keçirməyə, həm də mövqelərini irəli çəkməyə çalışıb. Lakin Rusiya sülhməramlı qüvvələri dərhal hadisə yerinə gələrək azərbaycanlıları əvvəlki mövqelərinə çəkilməyə vadar etməklə bu hərəkətlərin qarşısı alınıb”.

Bunu qəsbkar Ermənistanın "Past" qəzeti yazır.

Daha sonra erməni nəşri bildirir ki, Azərbaycan hərbçiləri Amaras məbədi üzərindən separatçı-terrorçu rejimin əski parçasını çıxarmağı tələb etdikləri üçün məsələ bununla həllini tapmayıb.

Nəşrin mənbələrinə görə, Xankəndidə separatçı kriminal xuntanın başçısı Araik Arutyunyanın iqamətgahında bu mövzuda ciddi müzakirə aparılıb və söhbətin başlanğıcından Araik azərbaycanlıların tələbini nəyin bahasına olursa olsun yerinə yetirməyə razı olub. Həmçinin erməni məmur və hərbçiləri Azərbaycan hərbçilərinə qarşı çıxmamağa çağırıb. Bundan sonra əski parçası qədim Azərbaycan abidəsi üzərindən endirilib.

Guya bundan sonra bir qrup erməni gənci “rəsmi”ilərin çağırışlarına və xəbərdarlıqlarına məhəl qoymadan yenidən separatçıların əski parçasını monastır kompleksinin damına sancıblar. “Ancaq Araik Arutyunyan buna kəskin şəkildə qarşı çıxıb və bu hərəkəti avantüra adlandırıb”- deyə erməni nəşrindəki xəbərin sonunda bildirilir. moderator.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar