Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

İrəvan anlamalıdır ki, daha acınacaqlı müharibə ola bilər

Tarix: 28-09-2021 17:48     Baxış: 4154 A- / A+
İrəvan anlamalıdır ki, daha acınacaqlı müharibə ola bilər

44 günlük müharibəni xatırlayaraq, ilk növbədə onun "44 gün" qalmasını arzu etmək vacibdir. İndi əsas məsələ bu rəqəmin artmamasını təmin etməkdir.

Manevr.az xəbər verir ki, bu barədə axar.az-a açıqlamasında xarici siyasət, müdafiə və təhlükəsizlik sahəsində ekspert Qriqori Trofimçuk bildirib.

Onun sözlərinə görə, regionda sabitliyin bərqərar olunması üçün noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan Üçtərəfli Bəyanata praktikada riayət edilməsi təmin olunmalıdır. Əks təqdirdə daha acınacaqlı müharibə ola bilər. Ermənistan tərəfi bunu unutmamalıdır:

“Hazırda müharibənin başa çatdığını dəfələrlə vurğulayan Bakının rəsmi mövqeyini yalnız alqışlamaq olar. Lakin belə bir sülhün əlavə təminatı üçün daha bir sənəd - Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması vacibdir. İstənilən halda 27 sentyabr və 10 noyabr 2020-ci il günləri artıq tarixə çevrilib və Cənubi Qafqazın daşlarında əbədi həkk olunub. Azərbaycan müsbət mövqedədir, Rusiya təminatlara nəzarət etmək əzmindədir, Ermənistan hətta Türkiyə ilə də danışmağa hazırdır”, - deyə müsahibimiz qeyd edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar