Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ərdoğanın Əliyevə zəngi: Soçi görüşünə hazırlıq

Tarix: 28-09-2021 09:12     Baxış: 4135 A- / A+
 Ərdoğanın Əliyevə zəngi: Soçi görüşünə hazırlıq

Prezident Əliyev Rusiya mediasına müsahibəsindən sonra Türkiyə mediasına müsahibə verdi: bu, Anım Günü ilə bağlı olsa da, Əliyevin səsləndirdiyi fikirlər, verdiyi mesajlar həm də siyasi gedişlərin tərkib hissəsi olduğunu deməyə əsas verir;

Əliyev Rusiya mediasında Moskvaya iki müsbət siqnal ötürdü:

- rus sülhməramlılarının fəaliyyətini qənaətbəxş adlandırdı: halbuki, öncəki çıxışlarından sərt mövqe sərgiləmişdi;
- hərbi-texniki əməkdaşlığın davam etdiriləcəyini, müəyyən sifarişlərin verildiyini açıqladı: ruslar regionun silah bazarında iştirak payının azalmasını istəmirlər;

Əliyev Türkiyə mediasına müsahibəsində də Moskvaya müsbət siqnallar göndərdi:

- kiçik problemlərin olmasına baxmayaraq, sülhməramlıların fəaliyyətindən razılıq etdi;
- Moskvanın İrəvanı yenidən silahlandırması ilə bağlı məsələni erməni təbliğatı adlandırdı və bu məsələnin yanlış təqdim olunduğunu vurğuladı: Bakı-Moskva arasında münasibətləri kifayət qədər yüksək qiymətləndirdi;

Hər iki ölkənin mediasına verilən müsahibədə ortaq mövqe birdir: münaqişə həll olunub, rus sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilər Azərbaycan ərazisidir və orada yaşan ermənilər Azərbaycan vətəndaşıdır;

Bu fikirlərin Soçidə Ərdoğan-Putin görüşündən öncə bildirilməsi Bakının görüşlə bağlı gözləntilərindən irəli gəlir və Rusiyaya müsbət mesajlar verən Prezident mövqeyini yenidən gündəmə gətirir.

Görüşdə 10 noyabr razılaşmasıın icrası, “altılıq platforması”, Qarabağdakı vəziyyətin də müzakirə ediləcəyi istisna deyil. O da istisna deyil ki, Ərdoğan Əliyevin Qarabağla bağlı mövqeyini masaya daşıyacaq. Bu gözləntilər fonunda Əliyevin Qarabağdakı ermənilərə yarada biləcəyimiz şəraitdən danışması təsadüfi deyil: rəsmi Bakı Azərbaycan sərhədləri daxilində yaşan ermənilərlə bağlı proqramını şifahi formada təqdim edir;

Ərdoğan bu gün müharibənin başlanmasının ildönümü münasibətilə Əliyevə zəng etdi: hərçənd, liderlər həm də Soçi görüşündən öncə “saatlarını yoxlayır”, müzakirə detalları dəqiqləşdirir.

Asif Nərimanlı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar