Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Prezident Qarabağa gedən İran TIR-larının qarşısının necə alındığını AÇIQLADI

Tarix: 27-09-2021 14:35     Baxış: 4186 A- / A+
Prezident Qarabağa gedən İran TIR-larının qarşısının necə alındığını AÇIQLADI


"Avqustun 11-dən sentyabrın 11-dək yenə də İrandan gələn 60-a yaxın TIR qanunsuz olaraq Qarabağa hərəkət edib. Bunun qabağını almaq üçün biz əməli, praktiki addımlara keçdik”.

Manevr.az
xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində deyib.

"Bizim davranışımız və addımlarımız məsuliyyətlidir, dostluq əlaqələrinə əsaslanandır. Birinci dəfə şifahi xəbərdarlıq etdik, ikinci dəfə rəsmi nota verdik, üçüncü dəfə gömrük, sərhəd, polis postları qurduq. Beləliklə, biz Ermənistan ərazisindən keçən və Azərbaycan ərazisindən keçən yola artıq nəzarət etməyə başladıq və ondan sonra Qarabağa gedən TIR -lərin sayı sıfıra endi. Baxın, buna gətirib çıxartmaq lazım idi? İndi orada - Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan Qarabağ bölgəsində cəmi 25 min adam yaşayır.

Bu bazar o qədər önəmlidir? O ticarət o qədər önəmlidir ki, dost və qardaş saydığın ölkəyə qarşı nümayişkaranə şəkildə belə hörmətsizlik edirsən? Əlbəttə, biz beynəlxalq konvensiyalarda və beynəlxalq hüquqda təsbit edilmiş bütün imkanlardan istifadə etdik. Bəziləri deyirlər ki, İran TIR-larından rüsum alınır. Biz indi xarici ölkəyə gedəndə rüsum ödəyirikmi? Ödəyirik. Onlar Azərbaycan ərazisindən istifadə edirlərsə, rüsum ödəməlidrlər? Ödəməlidirlər”, - Prezident vurğulayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar