Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Vaksin pasportu olmayan sürücü necə müəyyən olunacaq? - AÇIQLAMA

Tarix: 23-09-2021 09:06     Baxış: 3131 A- / A+
Vaksin pasportu olmayan sürücü necə müəyyən olunacaq? - AÇIQLAMA

Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şəxslərin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatına sahib olmaları xidmətə cəlb olunan polisin naryad qrupları tərəfindən seçmə yolu ilə yoxlanılacaq.

Manevr.az xəbər verir ki, bunu rend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. O bildirib ki, stasionar postlarda və yollarda avtopatrulda xidmət aparan YPX əməkdaşları tərəfindən bu qayda və tələblərə əməl edilməsi diqqətdə saxlanılacaq.

"İnzibati Xətalar Məcəlləsinin 211 –ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmas) maddəsinə uyğun olaraq, Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir".

Qeyd edək ki, oktyabrın 1-dən avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması ilə məşğul olanlardan, o cümlədən taksi sürücülərindən 2-ci doza peyvənd olunmalarına dair COVID-19 pasportu tələb olunacaq. Həmin tarixdən etibarən COVID-19 pasportu olmayan taksi sürücülərinin müəyyənləşdirilməsi istiqamətində reydlər keçiriləcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar