Sizin Reklam Burada
Xəbər lenti
09-11-2025
08-11-2025
BÜTÜN XƏBƏRLƏR

Baş Prokurorluqdan partiya sədrinə XƏBƏRDARLIQ: "Ciddi tədbirlər görüləcək"

Tarix: 22-09-2021 16:22     Baxış: 4152 A- / A+
Baş Prokurorluqdan partiya sədrinə XƏBƏRDARLIQ: "Ciddi tədbirlər görüləcək"

Baş Prokurorluq Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevə xəbərdarlıq edib.


Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılmış araşdırmalarla paytaxtın Yasamal rayon sakini Əli Əliyevin "Youtube” sosial şəbəkəsində çıxışlarında müxtəlif şəxslər barəsində böhtan və təhqir xarakterli ifadələr istifadə etməsi, vətəndaşlara qarşı zorakılıq etməyə yönələn çağırışlar etməsi, internet informasiya resurslarında qanunvericiliklə qadağan olunmuş məlumatlar yerləşdirməsi, həmçinin koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə sahəsində dövlət orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salan, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına yönələn ifadələrə yol verməsi müəyyən edilib.

Qeyd edilənlərlə əlaqədar Əli Əliyev 22.09.2021-ci il tarixdə Baş Prokurorluğa dəvət edilərək "Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən, mətbuatda çıxışları zamanı yol verdiyi qanun pozuntularından çəkinməsi, qanunsuz əməllərə davam edəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edildi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar