Sizin Reklam Burada
Xəbər lenti
15-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bu nazirliyin səlahiyyətləri artırıldı - SƏRƏNCAM

Tarix: 21-09-2021 14:02     Baxış: 4131 A- / A+
Bu nazirliyin səlahiyyətləri artırıldı - SƏRƏNCAM


Prezident İlham Əliyev "Azərbaycan Respublikasında yaşıllıqların salınması sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında”Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 iyun tarixli 2868 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Manevr.az
xəbər verir ki, sərəncama dəyişikliklə 2.1-1-ci bənd əlavə edilib.

Yeni bəndə əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla "Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu" Açıq Səhmdar Cəmiyyətin nizamnaməsinin təsdiq edilməsi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi və idarəetmə orqanlarının yaradılması tapşırıqları verilib.

Daha bir dəyişikliklə isə Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsinə, tabeliyində olan hüquqi şəxs statuslu qurumların yaradılması, yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi və qanunvericiliklə nəzərdə tutulmuş digər səlahiyyətlərin həyata keçirilməsi səlaiyyəti İqtisadiyyat Nazirliyinə tapşırılır.

Qeyd edək ki, dəyişiklikdən əvvəl bu səlahiyyətlər Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar