Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Açılmış qapını bir də yumruqla vurub açmaq Ərdoğanın nəyinə lazımdır?

Tarix: 20-09-2021 21:25     Baxış: 3252 A- / A+
Açılmış qapını bir də yumruqla vurub açmaq Ərdoğanın nəyinə lazımdır?
"Ərdoğanın nəyinə lazımdır, demək olar açılmış qapını bir də yumruqla vurub açsın. Ərdoğan təcrübəli dövlət xadimi kimi fikrimcə, belə bir şərt irəli sürməz”.

Bunu politoloq Zərdüşt Əlizadə Ermənistan baş nazirinin Türkiyə Prezidentilə görüşmək istəməsi və bu müstəvidə Ərdoğanın Zəngəzur dəhlizinin açılmasını şərt kimi irəli sürməsi məsələsinə toxunarkən deyib.

"Paşinyan parlamentdə çıxışında deyib ki, Türkiyə ilə danışıqlara başlamağa hazırdır. Lakin bu danışıqları əvvəl mütəxəssislər aparmalı, onlar müəyyən razılığa gələndən sonra da daha yüksək səviyyəyə keçməlidir. Nəhayət ən yüksək səviyyədə sonuclanmalıdır.

Digər tərəfdən, düşünmürəm ki, Ərdoğan Zəngəzur dəhlizini iki ölkə arasında ümumi normallaşmanın şərti kimi irəli sürsün. Ərdoğan gözəl bilir ki, yolların açılması məsələsi Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərin müavinlərinin birgə üçtərəfli kommisiyasında müzakirə olunur. Bu istiqamətdə müəyyən razılıqlar da var və yaxınlarda məsələ açıqlanacaq”.
Açılmış qapını bir də yumruqla vurub açmaq Ərdoğanın nəyinə lazımdır?

Ekspertin fikrincə, Ərdoğan sadəcə gözləyəcək ki, Türkiyə və Ermənistan mütəxəssisləri, ekspertləri səviyyəsində hansısa məsələlər razılaşdırılsın:

"Belədə ümumi ortaq məxrəcə gəldikdən sonra iki ölkənin xarici işlər nazirləri görüşə bilər. Ən sonda isə Prezidentlə baş nazir görüşüb hansısa bir sənədə imza ata bilərlər. Onu da qeyd edim ki, Türkiyə Ermənistan münasibətlərinin tənzimlənməsi Azərbaycana böyük siyasi və maddi xeyir gətirəcək”.

Bir sözlə, Z. Əlizadə yaxın dövrdə Ankara ilə İrəvan arasında münasibətlərdə müsbətə doğru addım atılacağına tam əmindir:

"Çünki münaqişə, Qarabağın işğalda olması, düşmən münasibətlərin mövcudluğu anormallıq idi. 44 günlük müharibə ilə bu xəstəlik xeyli dərəcədə müalicə olundu. İndi də gözləmək olar ki, Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətlərində normallaşma üstünlük təşkil etsin”. qaynarinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar