Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan və Türkiyənin növbəti təlimi başladı - VİDEO

Tarix: 20-09-2021 20:46     Baxış: 4122 A- / A+
Azərbaycan və Türkiyənin növbəti təlimi başladı - VİDEO

Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən, Naxçıvanda hər iki ölkənin motoatıcı, xüsusi təyinatlı, komando və müxtəlif qoşun növlərinin iştirakı ilə "Sarsılmaz qardaşlıq-2021” birgə döyüş atışlı taktiki təliminə start verilib.

Əlahiddə Ümumqoşun Ordudan verilən məlumata görə, Naxçıvan Qarnizonu Qoşunlarının birləşmə və hissələrinin, Türkiyə Silahlı Qüvvələrinin bölmələrinin cəlb edildiyi təlimdə ənənəyə uyğun olaraq iki qardaş ölkənin dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.

Bayraqdəyişmə mərasimində iştirak etmək üçün Əlahiddə Ümumqoşun Ordunun bayraq taqımı Naxçıvan şəhərindən və eyni zamanda Türkiyə Respublikasının bayraq taqımı da Doğu Bəyazid şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə-Araz çayı üzərindəki "Ümid” körpüsünə doğru hərəkətə başlayıb.

Bayraq taqımları "Ümid” körpüsü üzərinə çatdıqdan sonra Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib və bayraqdəyişmə mərasimi keçirilib.

Mərasimin davamı olaraq "Ümid” körpüsündən keçən Türkiyə Silahlı Qüvvələrinin hərbi kolonu təlim rayonu istiqamətində hərəkət edib və qardaş ölkənin hərbi qulluqçuları Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində təntənəli şəkildə qarşılanıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar