Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyandan Zəngəzur mesajı...

Tarix: 17-09-2021 17:40     Baxış: 4124 A- / A+
Paşinyandan Zəngəzur mesajı...

Paşinyanın mövqeyində mən nikbinlik görməyə tələsməzdim.

Manevr.az xəbər verir ki, bunu milli.az-a açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib. Ekspert bilirib ki, Paşinyan Eyvazlı və Çayzəminin de-yure Azərbaycan olması faktını Ermənistanın sabiq rəhbərliyinin ayağına yazıb:

"Nikol Paşinyan əslində çıxışı ilə həm ölkədaxili siyasi rəqiblərinin, həm də Azərbaycanın üzərinə gedib. Diqqət yetirin ki, Paşinyan kəndlərin adını olduğu kimi qeyd etdikdən sonra bu yerlərin Azərbaycana aid olmasına şərait yaradan ərazi-administrativ bölgüsü haqda qanunu xatırladıb. Həmin qanun isə 2010-cu ildə Serj Sarqsyanın dövründə qəbul edilib. Başqa sözlə, Paşinyan kəndlərin de-yure Azərbaycan olması faktını Ermənistanın sabiq rəhbərliyinin "səriştəsizliyi" ilə əlaqələndirib.

Baş nazirin çıxışını kontekstdən çıxarmasaq, görərik ki, onun Azərbayana da üstüörtülü ismarıcı var. Paşinyanın fikrincə, Azərbaycanın Gorus-Qafan yolunun Azərbaycana aid hissəsindəki fəaliyyəti Ermənistanın öz ərazisindən heç bir dövlətə dəhliz verməyəcəyi ilə bağlıdır ki, Azərbaycan sərt mövqeni İrəvanın prinsipiallığının qarşılığında nümayiş etdirir. Azərbaycan gömrükçülərinin, polisinin Gorus-Qafan yolundakı fəaliyyətini misal gətirən Paşinyan onu da əlavə edib ki, istənilən dövlətin suveren ərazisindən başqa dövlətə gedən nəqliyyat vasitələri bu instansiyalarla üzləşəcək. Bununla da, o, təkrarən Naxçıvanı birləşdirəcək yola münasibətdə öz baxışlarını sərgiləmiş olub".

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin son iclasında deyib ki, "Ona görə Eyvazlı və Çayzəmi deyirəm ki, bunlar Ermənistan ərazisi deyil". Paşinyan daha sonra Gorus-Qafan avtomobil yolundakı son vəziyyətlə bağlı danışarkən "9 noyabr və 11 yanvar tarixli razılaşmalarda Ermənistan üzərindən dəhlizin təmin edilməsi haqqında bənd yoxdur" fikirlərini səsləndirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar