Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Polislər Pərvini şöbəyə apardı, 3 saat orada qaldı

Tarix: 17-09-2021 08:55     Baxış: 3237 A- / A+
Polislər Pərvini şöbəyə apardı, 3 saat orada qaldı
“Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək”.

Bu sözləri aktrisa Pərvin Abıyeva İnstaqramda canlı yayımda deyib. Sənətçi ünvanına deyilən tənqidlərə cavab verib.

Pərvin Vətən müharibəsi ərəfəsində əsgərlərə yardım aparmasından və polis tərəfindən saxlanılmasından söz açıb:

“Həmin vaxt foto paylaşdım, hamı ağzına gələni yazdı. Dedilər ki, özünü göstərməyə gedib, saçını açıb yemək çəkir. Amma heç kim ora necə çətinliklə getdiyimizi demədi. Biz yeməkləri “levi” yolla ora çatdırdıq. Yolda dedilər ki, keçə bilməzsiniz, olmaz. Biz də “qara yollar” tapıb getdik ki, yeməklər hazırdır, ziyan olmasın, verək. Ondan sonra qayıdanda cəzalandırıldıq. Yevlaxda bizi polislər mühasirəyə aldılar, şöbəyə getdik. 3 saat şöbədə qaldıq. Tolik (Tarix Əliyev – red.) orda neçə saat mübahisə etdi ki, biz yardım aparmışıq. Heç kim nəyinsə dərinliyini bilmir, amma tənqid edir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar