Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Məni ləyaqətsiz şəkildə öldürəcəklər” - “Taliban”ın axtardığı qadın

Tarix: 16-09-2021 22:11     Baxış: 3132 A- / A+
“Məni ləyaqətsiz şəkildə öldürəcəklər”
“Taliban” hərəkatı Əfqanıstanda nəzarəti ələ keçirməzdən əvvəl fəallığı ilə məşhur olan, qadın hüquqları müdafiəsi üzrə fəal Taranom Seyidi gələcəyi ilə bağlı çox narahatdır.

Hazırda “Taliban” rejimindən gizlənən Taranom Seyidi “CNN” müxbiri ilə söhbəti zamanı yaşadığı dəhşəti dilə gətirib.

Müxbirin sözlərinə görə, bu qadının yeganə “cinayəti” küçələrdə bərabər hüquqlarını tələb etməkdir. Müxbir bildirir ki, o döyülüb və təzyiqlərə məruz qalıb. Bunun ardınca da “Taliban” qorxusu onu hər yerdə izləyir.

“Onlar bizə hədə-qorxu gəlməyə və gizlincə edam etməyə çalışırlar. Necə ki bunu mənim bir çox qadın dostuma ediblər. Mən ölümdən qorxmuram. Lakin onlar məni tapdıqda arzu edirəm ki, məni tez öldürsünlər. Əgər onlar ilk olaraq mənə işgəncə versələr, sonradan ləyaqətsiz şəkildə öldürəcəklər. Hər kəs şərəfli şəkildə ölməyi arzulayır”, - deyə Seyidi əlavə edib.

T. Seyidi hazırda ailəsinin və zorakılıqdan xilas etdiyi uşaqların qayğısına qaldığı yeganə insan olduğunu deyib. Bununla belə, ölkədə qalmağın onun üçün ölüm riski daşıdığını vurğulayıb.

Seyidi bildirib ki, onun gələcək taleyi kömək üçün müraciət etdiyi ABŞ, Böyük Britaniya, Kanada və digər ölkələrdən asılıdır. O, ölkəni tərk edəcəyi halda da, mübarizəsini davam etdirəcəyini əlavə edib. qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar