Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Tibb Universitetinin məzunları etiraz aksiyası keçirdi - VİDEO

Tarix: 16-09-2021 14:57     Baxış: 3126 A- / A+
Tibb Universitetinin məzunları etiraz aksiyası keçirdi - VİDEO


Sentyabrın 16-da Tibb Universitetinin bir qrup məzunu Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçirib.

Manevr.az xəbər verir ki, məzunların etirazına səbəb Rezidenturada “Tibbi Profilaktika” ixtisasına (yeni adi ilə “İctimai Səhiyyə” fakültəsi) ayrılan plan yerlərinin az olmasıdır.

- Laboratoriya və mikrobiologlara ehtiyac yaranır. Lakin bizim ixtisas çox dardır, 80 nəfərin hamısı burada ixtisaslaşa bilmir. Əvvəlki illərin məzunları da sənəd verir, bu zaman tələbə sayı çoxalır, yerlər isə az qalır. Xaricidə də bu ixtisasa çıxış olmadığı üçün, iş tapa bilmirik, diplom heç bir işə yaramır. Ona görə də, bizim ixtisaslaşmağa ehtiyacımız var.

Rəqsanənin qızına elçi gəldi - Oğlan şou-biznesdəndir - "Bəy boşanmış..." - VİDEO
Ermənistan parlamentində dava - VİDEO
Azərbaycan ordusu yarışda – MÖHTƏŞƏM GÖRÜNTÜLƏR
- Hər il bu tendensiya baş verir. 80 nəfər imtahan verir, onlardan 40 nəfəri imtahandan keçir, lakin geri qalanı gələn ilə qalır. Bu sayda ona görə artır, lakin yerlər artmır.

Rezidenturaya sənəd verən məzunlar keçən il də həmin problemi yaşadıqları üçün Səhiyyə Nazirliyinə yazılı məktubla müraciət edib. Onlara bildirilib ki, yeni tədris ilində plan yerlərinin artırılması nəzərdə tutulur. Lakin məzunların bildirir ki, plan yerləri hələ də artırılmayıb.

- Keçən il də Səhiyyə Nazirliyinə etiraz olundu ki, yerlər artırılsın. Nazirlikdə belə bir cavab göndərdi ki, narahat olmayın gələn il üçün yerlə artırılacaq. Nəyin ki, artırıldı keçən ilə nisbətən daha da azaldılıb. Xahiş edirik bu məsələyə baxılsın.

Problemlə bağlı Səhiyyə Nazirliyinə müraciət etdik. Qurumdan bildirdilər ki, bu məsələlərlə bağlı Tibb Universiteti ilə əlaqəli iş getdiyindən, həmin universitetdən məlumat alın.

ATU-nun İctimai Səhiyyə fakültəsinin dekanı Anar Ağayev deyib ki, 2019-2020 tədris ili üçün “Tibbi Profilaktika” ixtisası (yeni adi ilə “İctimai Səhiyyə” fakültəsi) üzrə 52 plan yeri ayrılmağına baxmayaraq, yerlərin boş qalması müşahidə olunub: “Rezidentlərin müraciətlərinə cavab olaraq bildirmək istərdik ki, 2022-2023-ci il qeyd olunan ixtisaslar üzrə ayrılmış yerlərdə müəyyən dəyişikliklər ediləcək”.

Tələbələr plan yerlərinin artırılmasını labüd sayır. Onlar düşünür ki, yalnız Azərbaycanda ixtisaslaşa bilərlər, əks halda 6 illik əziyyət çəkib oxuduqları ixtisas üzrə iş tapa bilməyəcəklər.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar