Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

“20 sentyabrdan sonra Qarabağda ermənilərin qanunsuz postları istiqamətdə əməliyyatlar gözlənilir”

Tarix: 15-09-2021 20:47     Baxış: 3433 A- / A+
“20 sentyabrdan sonra Qarabağda ermənilərin qanunsuz postları istiqamətdə əməliyyatlar gözlənilir”
II Qarabağ müharibəsinin başlanmasının ildönümü ərəfəsində baş verən proseslər diqqət çəkir: hər şey 1 il əvvəl müharibə öncəsi vəziyyəti xatırladır.

2 sentyabr: Türkiyədə iki ölkənin Hərbi Hava Qüvvələri, Azərbaycanda xüsusi təyinatlı qüvvələrinin birgə təlimi başladı: məqsəd döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətini təkmilləşdirməkdir;

6 sentyabr: Türkiyə və Azərbaycan hərbçiləri Laçında birgə təlimə başladı: bunun işğaldan azad edilmiş ərazilərdə ilk və məhz dəhlizin keçdiyi Laçında (təlimlərin dəhlizin 300 metrliyind keçirildiyi məlumatı var) olması diqqət çəkir;

7 sentyabr: Azərbaycan və Türkiyə Xəzərdə birgə təlimlərə başladı: Ankara dənizdə də Bakının yanında olduğunun mesajını verirdi;

12 sentyabr: Türkiyə-Azərbaycan təlimləri başa çatdı; Türkiyə, Azərbaycan və Pakistanın xüsusi təyinatlı qüvvələrinin Bakıda “Üç Qardaş – 2021” hərbi təlimi başladı.

Üç qardaşın təlimi üç kontekstdə əhəmiyyətlidir:

Birincisi, məkan olaraq Bakının seçilməsidir;

İkincisi, təlimlərin başlanması vaxtıdır;

Üçüncüsü, bütün ordunun yox, xüsusi təyinatlı qüvvələrin təlim keçirməsidir;

Məkanın Bakı seçilməsi Türkiyədən Pakistana qədər uzanan coğrafiyada formalaşan yeni ittifaqın mərkəzinin Azərbaycan olmasından qaynaqlanır, həm siyasi, həm coğrafi baxımdan: Avrasiyadakı geosiyasi dəyişiklikdə Ankara-Bakı-İslamabadın mümkün müttəfiqlik müqaviləsi gözləniləndir;

Bunun üçün iki məkanda mövcud maneələri aradan qaldırmaq lazımdır: Türkiyədən Mərkəzi Asiyaya uzanan coğrafiyanı birləşdirmək üçün Zəngəzur dəhlizi açılmalı və Qarabağ üzərindən Bakıya kənar təsirlər ən azı minimuma endirilməlidir; Pakistanın bu xəttə qoşulması üçün Əfqanıstan keçidinin təhlükəsizliyi təmin olunmaldır;

Pakistanın Taliban üzərində təsir imkanları Əfqanıstan keçidinin təmin edilməsinə imkan verəcək: istisna deyil ki, NATO ölkəsi kimi Kabildən çıxan Türkiyə Azərbaycanla birlikdə yenidən qayıdacaq;

Zəngəzur dəhlizinin açılması istiqamətində hələki irəliləyiş yoxdur, Qarabağ üzərindən Bakıya qarşı kənar qüvvələrin təsir rıçaqları qalır;

Üç ölkənin Azərbaycanda hərbi güc nümayişi iki hədəfə hesablana bilər:

1. Siyasi masada Bakının əlini gücləndirmək;

2. Hərbi müstəvidə məcburetmə addımları atmaq: üç ölkənin məhz xüsusi təyinatlı qüvvələrinin birgə təlimi Azərbaycan ordusunun yenidən qurulmasında bu qoşun növünə üstünlüyün veriləcəyi planı ilə yanaşı, cari dövrdə atıla biləcək mümkün hərbi addımlarla da bağlı ola bilər;

Bu ehtimalı gücləndirən iki amil də var: birgə təlimlər 20 sentyabrda – Vətən müharibəsinin başlanma tarixindən bir həftə öncə bitir; Azərbaycanın hərbi rəhbərliyinin Türkiyəyə səfər trafiki intensibləşib: “Üç Qardaş” təlimin başlandığı gün Qərargah rəisi Kərim Vəliyev Ankaraya səfər etdi, ardınca müdafiə naziri Zakir Həsənov Türkiyəyə getdi, özü ilə Hərbi Hava Qüvvələrin komandanını da aparıb;

Baş verənlər 20 sentyabrdan sonra müəyyən gözləntilər yaradır.

Bakı siyasi müstəvidə 10 noyabr razılaşmasının bütün bəndlərinin icrası tələbini yenidən gündəmə gətirə bilər;

Erməni qoşunların Qarabağdan çıxarılması üçün (üçtərəfli razılaşmanın 4-cü bəndi) ermənilərin qanunsuz postları istiqamətdə əməliyyatlar keçirilə bilər: Qarabağdakı separatçı-terrorçuların qondarma “müdafiə naziri”nin ö ərizəsi ilə istefa verməsi bu kontekstdə diqqət çəkir; mümkündür ki, Arzumanyan baş verə biləcəkləri bildiyi üçün qaçdı; erməni mənbələr isə bu dəyişikliyi separatçıların “yeni ordu” qurması (erməni qoşunlar çıxarıldıqdan sonra təxminən 5 minlik silahlı dəstə) ilə izah edir: Arzumanyan bununla razılaşmadığı üçün gedib; erməni qoşunların “səssiz” getməsi erməni cəmiyyətinin ittihamları baxımından Paşinyana da sərf etmir, Rusiyaya da;

Baş verənlər diplomatik imkanların işləmədiyini, bunun yenidən işlənməsi və müharibənin ildönümündə Qarabağda irəliləyişin olması üçün hərbi müstəvidə addımlara zərurət yarandığını göstərir. yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar