Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Milli Məclisdə ictimaiyyətin nümayəndələri ilə dinləmələr keçiriləcək

Tarix: 15-09-2021 16:27     Baxış: 3164 A- / A+
Milli Məclisdə ictimaiyyətin nümayəndələri ilə dinləmələr keçiriləcək

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Komitənin sədri Tahir Mirkişili müzakirəyə əvvəlcə 2021-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində görülən işlər barədə hesabatı təqdim edib.

Bildirib ki, hesabat dövründə komitənin 24 iclası keçirilib, 94 məsələ, o cümlədən 90 qanun layihəsi, 2 rəy və Hesablama Palatasının hesabatı müzakirə olunaraq plenar iclasa tövsiyə edilib. Bundan başqa, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi hesabat dövründə müxtəlif dövlət qurumları, ictimai təşkilatlar və sahibkarlarla görüşlər keçirib, real sektorun müxtəlif məsələləri müzakirə edilib. Eyni zamanda, komitənin ünvanına daxil olmuş ərizə və müraciətlərə baxılması sahəsində müntəzəm iş aparılıb, vətəndaşlar xüsusi karantin rejiminin tələblərinə uyğun şəkildə qəbul olunub, qaldırılan məsələlərlə bağlı müvafiq tədbirlər görülüb.

İclasda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2021-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı da müzakirə olunub. İş planına əsasən, qarşıdakı sessiyada “Lombardlar haqqında”, “Turizm haqqında”, "Dövlət rüsumu haqqında", o cümlədən komitəyə daxil olacaq digər qanun layihələrinin müzakirəsi nəzərdə tutulub. Komitə sədri qeyd edib ki, “Qiymətləndirmə fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Müflisləşmə və iflas haqqında” qanunlar da yenidən işlənməli olacaq. Bundan başqa, komitə aidiyyəti qurumlarla, sahibkarlarla, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri ilə görüşlərin, dinləmələrin keçirilməsini palanlaşdırıb.ölkə.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar