Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Erməni yaraqlıların komandiri həbs olundu

Tarix: 15-09-2021 07:27     Baxış: 3450 A- / A+
Erməni yaraqlıların komandiri həbs olundu

10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra Xocavəndin Köhnə Tağlar və Çaylaqqala kəndlərində Azərbaycan mövqelərinə qanunsuz olaraq erməni silahlılarının hücumlarının təşkil edilməsi işində adı keçən polkovnik-leytenant Arsen Kazaryan həbs edilib.

Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Məlumatda deyilir ki, ona qarşı döyüş xidməti qaydalarının pozulması, xidmətdə səhlənkarlıq, döyüş meydanını icazəsiz tərk etmə, hərbi xidmətdən icazəsiz yayınma və rüşvət alma maddələri ilə cinayət işi başlanılıb. Hazırda işlə bağlı ibtidai istintaq aparılır.

Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaradıblar. Onlar 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

İyulun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə məhkəmə prosesinin yekunu olaraq 13 nəfərdən ibarət dəstə üzvlərinin hər biri 6 il müddətinə azadlıqdan məhrum olunublar.

Qeyd edək ki, məhkəmə prosesi zamanı təqsirləndirilən Qriqoryan Feliks Arşakoviç ifadəsində bildirib ki, onlara polkovnik-leytenant Arsen Kazaryan rəhbərlik edib. modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar