Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Teledebat zamanı Jirinovskinin şalvarı belindən düşdü...

Tarix: 14-09-2021 21:38     Baxış: 3137 A- / A+
Teledebat zamanı Jirinovskinin şalvarı belindən düşdü...

Sentyabrın 14-də TVC kanalında debat zamanı Rusiya Liberal-Demokrat Partiyası sədrinin şalvarı belindən düşüb.

KİV teleqram-kanallarında yayılan kadrlardan görünür ki, Jirinovski çıxışını yarımçıq saxlayıb belindən düşən şalvarını yuxarıya çəkməyə məcbur olub. Siysətçi buna əhəmiyyət verməyərək, çıxışını davam etdirib.

Bir gün əvvəl Moskvada RLDP-nin seçkiöncəsi toplantısı keçirilmiş və Jirinovski toplantıya üç atdan ibarət faytonçu arabasında gəlmişdi.

Jirinovski toplaşanlardan bayraqları yellətməməyi xahiş etmiş və demişdir ki, bu, atları hürküdür.

Bundan daha əvvəl isə, avqustun 27-də siyasətçi elektron səsverməsi prosedurunu bəşəriyyətin gələcək səsverməsi adlandırmışdır.

Jirinovski elektron səsvermə sistemində qeydiyyatdan keçmiş Moskva seçicisi olaraq öz təcrübəsindən danışmış və təhlükəsizlik tədbirlərini təsvir etmişdir. Onun sözlərinə görə, səsvermə ərəfəsində o, elektron dəvətnamə almış və bu, ona planetin istənilən nöqtəsindən seçkilərdə iştirak etmək imkanı verir.

Siyasətçi qeyd etmişdir ki, prosesin rəqəmsallaşması hər hansı saxtakarlığı istisna edir.

Rusiyanın Dövlət Dumasına 8-ci çağırış seçkiləri 17-19 sentyabrda keçiriləcəkdir. Dumaya seçkilər hər beş ildən bir qarışıq seçki sistemilə: 225 deputat partiya siyahıları üzrə, daha 225 deputat isə bir turda birmandatlı dairələr üzrə keçirilir.

Dövlət Dumasına seçkilərlə eyni zamanda və eyni gündə Rusiyanın doqquz subyekti başçılarının birbaşa seçkiləri keçirilməlidir (daha üç regionda ali inzibati şəxsləri qanunverici toplantıların deputatları və 39 regional parlamentlər seçəcəklər. moderator.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar