Sizin Reklam Burada
Xəbər lenti
15-09-2025
BÜTÜN XƏBƏRLƏR

Nadir İsrafilov: “Zəfər tarixi” kursunun tədrisinə başlanılması tarixi həqiqətlərin gənclərimizə çatdırılmasında mühüm rol oynayacaq

Tarix: 14-09-2021 19:40     Baxış: 3170 A- / A+
Nadir İsrafilov: “Zəfər tarixi” kursunun tədrisinə başlanılması tarixi həqiqətlərin gənclərimizə çatdırılmasında mühüm rol oynayacaq

1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı tarixinə yazılan şanlı səhifələrdəndir. 2018-ci il sentyabrın 15-də Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etməsi və dövlət başçılarının çıxışlarından sonra Bakı Qarnizonunun şəxsi heyətinin təntənəli keçidi bu hadisəyə nə qədər böyük önəm verilməsinin bariz nümunəsidir.

Manevr.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib. O bildirib ki, mənfur düşmən üzərində 44 günlük Vətən müharibəsində şanlı Qələbəmizdə qardaş Türkiyənin yanımızda olması ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” müdrik kəlamını bir daha təsdiqlədi.

“Tarixi həqiqətlərin yeniyetmə və gənclərimizə çatdırılması bu gün xüsusi əhəmiyyət kəsb edir. Yeni tədris ilindən bütün məktəblərin IX siniflərində “Zəfər tarixi” kursunun tədrisinə başlanılması bu vəzifənin yerinə yetirilməsində növbəti mərhələ olacaq”, - deyə N.İsrafilov qeyd edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar