Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu qış qrip mövsümü necə keçə bilər? – “NBC News”

Tarix: 14-09-2021 13:19     Baxış: 4164 A- / A+
Bu qış qrip mövsümü necə keçə bilər? – “NBC News”


ABŞ-ın “NBC News” kanalının internet səhifəsində qrip mövsümü və bu virusa qarşı peyvəndləmə ilə bağlı məqalə dərc olunub.

Manevr.az saytının məlumatına görə, məqalədə qeyd olunur ki, səhiyyə işçiləri COVİD-19 və digər viruslar səbəbindən pasiyentlərinin sayı aşıb-daşan xəstəxanaların yükünü azaltmaq üçün insanları indidən qrip peyvəndi vurdurmağa çağırırlar.

Vaşinqtondakı Milli Uşaq Xəstəxanasının Kolumbiya dairəsi üzrə baş infeksionisti Xyoyan Sun bu qış qrip mövsümünün necə keçəcəyinin bilinmədiyini və buna nəzarətin mümkünsüz olduğunu bildirib. Ancaq o, bəzi məsələlərə, tutalım, qrip əleyhinə peyvəndləməyə nəzarət etməyin mümkünlüyünü vurğulayıb.

Məqalədə həmçinin qeyd olunur ki, qrip mövsümünün necə keçəcəyi bilinməsə də, bir çox faktorun üst-üstə düşməsi bu qış vəziyyəti çətinləşdirə bilər.

Yazıda deyilir ki, insanlar hər il bir qayda olaraq özlərini qripdən qorumağa çalışırlar, ancaq hazırkı koronavirus pandemiyası bu müdafiəni sanki arxa plana keçirib.

Pitsburq Universiteti nəzdindəki İctimai Sağlamlıq Məktəbinin laboratoriya dinamikası bölməsinin rəhbəri Mark Roberts jurnalistlərə deyib ki, ötən il qripə yoluxma hallarının kəskin şəkildə azalması bu il xəstəliyin çoxalmasına gətirib çıxara bilər.

Roberts və onun komandası müasir riyazi hesablama üsullarından istifadə etməklə iki tədqiqat aparıblar. Məqsəd builki qrip mövsümündə xəstəxanaya düşə biləcək insanların sayını proqnozlaşdırmaq olub.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına əsasən, hər il ölkədə orta hesabla 200 minə yaxın insan qripə yoluxma səbəbindən xəstəxanaya yerləşdirilir. Robertsin və komandasının hesabatına görə isə 2021-2022-ci illərin qrip mövsümündə 600 min insan xəstəxanaya düşə bilər.

Doktor Robertsin sözlərinə görə, əgər bu qış qripin ən yoluxucu variantı qripə qarşı peyvəndlənmə səviyyəsinin aşağı olması faktoru ilə üst-üstə düşərsə, ən pis ssenari ortaya çıxa bilər.

Ancaq Vanderbilt Universiteti nəzdindəki Tibb Mərkəzinin infeksion xəstəliklər üzrə mütəxəssisi Uilyam Şafner hazırda qripin ciddi narahatlıq doğuracaq yeni növlərinin olmadığı qənaətindədir.

“NBC News”in məqaləsində deyilir ki, indiki durumu nəzərə alanda amerikalıların 75%-nin qripə qarşı peyvənd olunması zəruri görünür.

Adətən ABŞ-da əhalinin yarıya qədəri hər il qripə qarşı peyvənd olunur.

Birmingemdəki Alabama Universitetinin Uşaq Yoluxucu Xəstəlikləri Departamentinin direktoru Devid Kimperlinin fikrincə, qripə qarşı peyvəndlər COVİD-19 infeksiyasına qarşı vaksinlər qədər təsirli olmasa da, qabaqlayıcı tədbirlər çərçivəsində işə yarayır. O bildirib ki, 2018-2019-cu illərdəki mövsümdə qripə qarşı peyvənd 29% effekt verib. Ümumən götürdükdə isə qrip əleyhinə peyvəndlər orta hesabla 50% təsirli sayılır.

“Qripə qarşı vaksinlər əla olmasa da, işə yarayır” deyən infeksionist hazırda digər virusların da mövcudluğunu nəzərə alaraq bu qış xüsusilə qripə yoluxacaq uşaqları məktəbə buraxmamağı məsləhət görür. Bu yaxınlarda ABŞ Pediatrlar Assosiasiyası 6 yaşdan yuxarı uşaqların qripə qarşı peyvəndlənməsini tövsiyə edib.novator.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar