Xəbər lenti
Deputatlardan Ramin Bayramlının istefasına REAKSİYA
Bu gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı vəzifəsindən istefa verib. Bununla bağlı o, özünün Tvitter hesabında yazıb.
Paylaşımda deyilir: "Artıq TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən ayrılmağım üçün ərizə ilə müraciət etmişəm. İstər 44 günlük haqq savaşımızda, istərsə də ümumbəşəri bəla sayılan COVID-19 virusu ilə mübarizədə çiyin-çiyinə çalışdığımız dəyərli məsləkdaşlarıma öz təşəkkürümü bildirir, bu yolda canlarını qurban vermiş həkimlərimizin ruhu qarşısında baş əyirəm. Bundan sonra da Vətənimə və Xalqıma xidmətimi davam etdirəcəyəm".
Ramin Bayramlının istefası günün əsas müzakirə mövzusuna çevrilib. Onun vəzifəsindən getməsi barədə müxtəlif fikirlər səsləndirilir. Bildirilir ki, R.Bayramlının TƏBİB-dən getməsi ən doğu qərardır və o, səlahiyyətlərinin öhdəsindən gələ bilmirdi.
Bəs, Ramin Bayramlı niyə istefa verdi? İstefanın arxasındakı səbəblər nələrdir?
Manevr.az-ın xəbərinə görə Milli Məclisin deputatı Vahid Əhmədov modern.az-a bildirib ki, onun istefa qərarının gerçək səbəbləri hələlik məlum deyil:
"Ramin Bayramlının istefasını oxudum. Hələ bilmək olmaz, istefasının arxasında nələr var. Bununla bağlı yəqin ki, yaxın günlərdə suallara cavab tapılar. Mən özüm ilk gündən Milli Məclisdə qeyd etmişəm ki, Səhiyyə Nazirliyini iki yerə bölmək səhv addımdır. Səhiyyə Nazirliyi ölkə əhalisinin sağlamlığı ilə məşğul olan qurumdur. Ona görə də səhiyyənin iki yerə ayrılması xoşagəlməzdir. Düzdür, TƏBİB koronavirusun ağır vaxtlarında müsbət addımlar atdı, amma hesab edirəm ki, bu quruma ümumiyyətlə ehtiyac yox idi. Səhiyyə Nazirliyinin tabeliyində nə lazım idisə, orada görülürdü. Niyə Səhiyyə Nazirliyini iki yerə bölürük? Bu məsələni Milli Məclisdə müzakirə edəndə fikirimi bildirdim ki, belə etmək olmaz. Təəssüf ki, oldu".
Deputat Fazil Mustafa isə R.Bayramlının istefasına belə münasibət bildirib:
“Bu yükü yerinə yetirmək çətindir. İkili idarəetmə sistemi həmişə belə narahatlıqla müşahidə olunub. Həm TƏBİB, həm də Səhiyyə Nazirliyi qarışıq mühit yaradıb. Ona görə də bir mərkəzdən idarə olunan formaya gətirmək lazımdır ki, normal fəaliyyət göstərə bilsinlər. Təəssüf ki, bu yoxdur. Görünür ki, içəridə də anlaşılmazlıq, müəyyən məsələlərin həllində narahatlıqlar belə addımın atılmasına gətirib çıxardı. Hesab edirəm ki, hazırki ağır prosesdə TƏBİB-in başında olmaq və pandemiyanı idarə etmək asan məsələ deyil”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar