Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Məhəbbət Kazımovun oğlu Könül Kərimovanı məhkəmə ilə hədələdi

Tarix: 07-09-2021 17:58     Baxış: 3315 A- / A+
Məhəbbət Kazımovun oğlu Könül Kərimovanı məhkəmə ilə hədələdi

Əməkdar artist Könül Kərimova mərhum həmkarı Məhəbbət Kazımovun ifasında sevilən, onun bəstəsi kimi bilinən "Laçınım" mahnısının özünə məxsus olduğunu söyləyib.

Mövzu haqda M.Kazımovun oğlu Rəşid Kazımov "Laçınım" əsərini atasının yazdığını xüsusi vurğulayıb:

"Könül xanım bəstəkar deyil. Buradan ona sual vermək istəyirəm, dediyi kimidirsə, niyə indi mahnı bəstələmir? Özü də danmır ki, onu Məhəbbət Kazımov sənətə gətirdi. K.Kərimovanın yerində başqaları da ola bilərdi. Seçimi belə etdilər, onu qabağa çəkdilər. Bir yerdə işlədilər. Sözügedən mahnının müəllifi atamdır. Hətta mənim şahidlərim də var. O vaxt M. Kazımov tək çalışırdı. Onun adını çəkdiyi insanlar- Yusif Mustafayev, Manaf Ağayev indiki kimi tanınmırdılar. Yadıma gəlir ki, bizim bir obyektimiz var idi, musiqiçilər gəlib-gedərdilər. Həmin şəxslər heç orada olmurdular. Burada suallar yaranır, nə üçün öz rayonlarından bir mahnı ərsəyə gətirə bilmirlər? Konül Kərimova mahnı bəstələmişdisə, niyə M.Kazımov sağ olanda demirdi? Öləndən sonra nə var ki danışmağa... Cəsarəti çatırdısa, özünə güvənən bir bəstəkar idisə, o vaxt deyərdi ki, mən yazmışam.

Axı olmayıb belə bir şey. Ola da bilməz! Ümumiyyətlə, Könül kim idi ki?! Tanınmırdı, onu M.Kazımov məşhurlaşdırdı. Ona görə sağlığında bu sözləri deyə bilməzdi. Bunlar yalandır, mahnı Məhəbət Kazımovundur. "Laçınım"la bağlı bu iddialar davam etsə, məsələni məhkəmədə həll edəcəm. İkimiz də uşaq deyilik. "Onu mən yazmışam, bunu mən yazmışam" deyir. Özü də hər dəfə biabır olur. Çünki insanlar hər şeyi gözəl bilirlər. Ümid edirəm ki, Könül xanım bundan sonra anlayar, çox irəli getməz". sherq.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar