Xəbər lenti
Prezidentin yeni təyin etdiyi müavin kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycanın mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyinatla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, bu posta Elnur Əli oğlu Əliyev gətirilib.
Manevr.az Elnur Əliyevin dosyesini təqdim edir:
Elnur Əliyev 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit ixtisası üzrə bakalavr və 2001-ci ildə İqtisad Universitetinin eyni ixtisas üzrə magistr dərəcəsini, 2013-cü ildə Böyük Britaniyanın Mançester Universitetinin Maliyyə ixtisası üzrə MBA dərəcəsini alıb.
E.Əliyev 2000-2008-ci illərdə Xarici İşlər Nazirliyinin sistemində çalışıb. 2008-2017-ci illərdə İslam İnkişaf Bankında işləyib. Son təyinata qədər Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın ticarət nümayəndəsi kimi çalışıb.
E.Əliyev ötən ilin 12 avqustunda Mədəniyyət naziri Anar Kərimovun əmri ilə mədəniyyət nazirinin müşaviri vəzifəsinə təyinat alıb.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
.jpg)


Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar