Xəbər lenti
COVID pasportsuz kafeyə getdilər, 18 nəfər cərimələndi - RƏSMİ

Sentyabrın 1-dən Azərbaycanda ictimai iaşə müəssisələrində, iri ticarət mərkəzlərində və mehmanxaların qapalı məkanlarında göstərilən xidmətlərdən istifadə COVID-19 pasportu, immunitet sertifkatı əsasında təşkil olunur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, sentyabr ayının 1-dən bu günə qədər aşkarlanan hüquq pozuntuları sırasında respublika üzrə 19 ictimai iaşə obyektində (restoran, kafe, çay evi) 18 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq edilib. Onların sırasında inzibati həbs və cinayət işi yoxdur, yalnız 1 fakt üzrə araşdırma apaılır.
Aparılan təhlillər və monitorinq nəticələri göstərir ki, müəyyən olunan qayda və tələblərə ictimai iaşə müəssisələrində, iri ticarət mərkəzlərində və mehmanxanalarda ciddi əməl olunur. Daxili İşlər Nazirliyi bu qaydalara əməl edən, işinə və fəaliyyətinə məsuliyyətlə yanaşan fiziki, hüquqi və vəzifəli şəxslərə minnətdarlıq edir.lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































