Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bloger Mehman Hüseynov həbs edildi

Tarix: 03-03-2017 12:42     Baxış: 6421 A- / A+
Bloger Mehman Hüseynov həbs edildi

Tanınmış bloger Mehman Hüseynov həbs edilib.

Manevr.az bildirir ki, Suraxanı Rayon Məhkəməsində hakim Ceyhun Qədimovun sədrliyi ilə keçirilən prosesdə onun 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar verilib.

Qeyd edək ki, Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimə olunmuş və sərbəst buraxılmışdı. M.Hüseynov məhkəmədən azad edildikdən sonra jurnalistlərə açıqlamasında bildirmişdi ki, saxlanılarkən polislər ona işgəncə veriblər.

DİN onun bu açıqlamasını təkzib etdi və blogerin böhtan atdığı barədə açıqlama yaydı. Açıqlamada həmçinin bildirilirdi ki, Mehman Hüseynovun polisi ağır cinayətdə ittiham etməklə böhtan atması əməlinə hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən Respublika Baş Prokurorluğu qarşısında vəsatət qaldırılıb.

Bundan sonra isə Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında məhkəməyə müraciət etdi.

Polis rəisi Mehman Hüseynovun CM-nin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunub, cəzalandırılmasını istəmişdi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar