Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

İrəvanda sülh müqaviləsi üçün HAZIRLIQ BAŞLADI: Rusiyanın iştirakı ilə...

Tarix: 04-09-2021 12:27     Baxış: 4189 A- / A+
İrəvanda sülh müqaviləsi üçün HAZIRLIQ BAŞLADI:

“Bu günlərdə Ermənistanın hökumət aparatında və xüsusən Xarici İşlər Nazirliyində sülh müqaviləsinin hazırlanması üzərində fəal iş aparılır”.

Manevr.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə İrəvanda nəşr edilən “Past” qəzetinin Xarici İşlər Nazirliyindəki mənbələrinə əsaslanaraq hazırladığı məqalədə bildirilib.

Məqalədə qeyd edilir ki, erməni diplomatik çevrələrindən əldə etdikləri məlumata görə, Baş nazir Nikol Paşinyanın tapşırığı ilə nazirliyin mütəxəssisləri və bir qrup beynəlxalq hüquq mütəxəssisi hökumət aparatı ilə birlikdə son iş aparır. Bu iş əsasən sülh müqaviləsi sənədilə bağlı presedentlər, həmçinin imzalanmadan əvvəl mümkün danışıqlar prosesinə hazırlaşmaqla əlaqəlidir.

Məlumata görə, bu qrupa danışıqlar zamanı Ermənistan tərəfindən konkret hansı təklif və tələblərin irəli sürüləcəyi, tərəflər arasında hansı kompromislərin və güzəştlərin həyata keçiriləcəyi ilə bağlı inteqral paketin hazırlanması tapşırılıb.

Diplomatik mənbə erməni mediasına deyib ki, bu proses Kremlin iştirakı ilə həyata keçirilir və sənədlə bağlı əvvəlcədən razılaşdırılaraq ilk müzakirələr oktyabr ayında başlaya bilər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar