Xəbər lenti
"Ağdam Azərbaycanın dördüncü böyük şəhəri olacaq" – Prezidentin xüsusi nümayəndəsi
Ağdam şəhəri ən qabaqcıl beynəlxalq standartlara uyğun olaraq bərpa ediləcək.
Manevr.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Türk Şurası üzv və müşahidəçi ölkələrinin KİV nümayəndələrinin azad edilmiş ərazilərə səfəri çərçivəsində Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində deyib.
O bildirib ki, Azərbaycan öz ərazilərini işğalçılardan azad edib: "Bu gün biz 2020-ci il 10 noyavr tarixli üçtərəfli bəyanatına əsasən, noyabrın 20-də azad edilərək Azərbaycan tərəfinə verilmiş Ağdam şəhərindəyik. Şəhər dağıdılıb, siz tarixi və mədəni əhəmiyyətli yerlərin hansı vəziyyətdə olduğunu görürsünüz. İşğalçılar məscidlərimizdə müxtəlif heyvanlar saxlayıb və bununla Azərbaycan mədəniyyətini təhqir etməyə çalışıblar. Yeganə dağıdılmamış bina Cümə məscidi olub. Onlar bu məscidi hərbi məqsədlərlə müşahidə üçün istifadə ediblər. Dağıntıların miqyası insanı heyrətləndirir və biz qarşımızda duran bərpa işlərinin miqyasını görürük. Ağdam rayonunun üçdə-iki hissəsi işğal altında olub. Biz həm yerli, həm də beynəlxalq strukturlarla sıx işləyirik. Bununla yanaşı, bərpa işləri ilə bağlı məsələləri tənzimləyən koordinasiya qərargahı yaradılıb".
Onun sözlərinə görə, gələcək bərpa işləri çərçivəsində müxtəlif məsələlərin həlli üçün ondan çox işçi qrup yaradılıb: "Biz Qarabağı, o cümlədən Ağdamı cənnətə çevirəcəyik. Şəhər ən qabaqcıl beynəlxalq standartlara uyğun olaraq bərpa ediləcək. Şəhərin əhalisi yüz min nəfər təşkil edəcək və onun ərazisi təxminən iki dəfə genişləndiriləcək. Şəhərin 1,5 min hektarlıq ərazisi müasir şəhər qismində təqdim ediləcək və Azərbaycanın dördüncü böyük şəhəri olacaq".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar