Xəbər lenti
Ekspert: Ermənistan dövlət kimi silinə bilər

İşğal dövründə Ermənistan rəhbərləri hər il sentyabrın 2-də qondarma “dqr”in “müstəqillik günü”nü qeyd etmək üçün Qarabağa səfər edirdilər. Ancaq bu dəfə belə bir addım atmağa cürətləri çatmaz. Verilən məlumata görə, bu dəfə nə Nikol Paşinyan Xankəndiyə gələcək, nə də digər dövlət nümayəndələri. Bu, təbii ki, Azərbaycanın qətiyyətli şəkildə etdiyi xəbərdarlıqla bağlıdır.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.
Politoloqa görə, Ermənistan birdəfəlik bu məsələnin üstündən xətt çəkməli olduğunu, gələcəyə dair addımlar atılmasının vacibliyini başa düşməlidir:
“Qarabağın “statusu” haqqında təkidlə danışan, hay-küy salan erməni diasporu və kilsəsi başa düşməlidir ki, əgər belə davam etsələr, gələcəkdə Ermənistanın özünün statusundan danışmalı olacaqlar. Onlar öz dövlətlərinin gələcəyi haqqında düşünməlidirlər. Ermənistanda meydana çıxan revanşistlərin fəaliyyəti birbaşa Ermənistan dövlətinin varlığına təhdiddir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar