Sizin Reklam Burada
Xəbər lenti
09-05-2024
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

Milli Qəhrəmanın şəhid olduğu yerə onun xatirə lövhəsi vuruldu

Tarix: 30-08-2021 23:09     Baxış: 3135 A- / A+
Milli Qəhrəmanın şəhid olduğu yerə onun xatirə lövhəsi vuruldu

Azərbaycan Respublikasının Laçın rayonunun Hoçaz kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Oqtay Güləli oğlu Güləliyevin xatirəsi əbədiləşdirilib.

Bu barədə məlumat “Facebook” sosial şəbəkəsində şəhidin döyüş yoldaşları tərəfindən ictimailəşdirilib.

Hoçaz kəndinin yaxınlığında yerləşən qayaların birinə Oqtay Güləli oğlu Güləliyevin xatirə lövhəsi vurulub.

Məlumat üçün qeyd edək ki, Oqtay Güləliyev 10 noyabr 1962-ci ildə Laçın rayonunun Xaçınyalı kəndində doğulub.

1982-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb.

Laçın polisində işlədiyi vaxt Ermənistan-Azərbaycan münaqişəsinin daha da kəskinləşdiyi bir dövrə təsadüf etdiyindən Oqtay Güləliyev də polis işçisi kimi ermənilərə qarşı əməliyyatlarda iştirak edib, uğursuzluqla sona çatan “Daşaltı əməliyyatı” zamanı onun rotası mühasirəyə düşən 80 nəfər əsgəri təhlükəsiz zonaya çıxarmağa müvəffəq olub.

Daha sonra Pircahan kəndi yaxınlığında ağır yaralanıb, lakin müalicə olunaraq cəbhəyə qayıdıb.

Oqtay Güləliyevin Laçın dəhlizini geri almaq üçün əməliyyat planı 1992-ci il sentyabrın 19-da uğurla başa çatıb və beləliklə Gorus-Şuşa yolu nəzarətə alınıb, lakin düşmən ərazini yenidən ələ keçirməyə müvəffəq olub və Oqtay Güləliyevin qüvvələri mühasirəyə düşüb.

11 oktyabr 1992-ci ildə Hoçaz yüksəkliyində gedən ağır döyüş Oqtay Güləliyevin son döyüşü oldu.

Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli fərmanı ilə Güləliyev Oqtay Güləli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Milli Qəhrəman Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar