Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Elmar Hüseynovsuz 12 il: Öldürülən jurnalist məzarı başında anıldı - FOTO

Tarix: 02-03-2017 17:21     Baxış: 2332 A- / A+
Elmar Hüseynovsuz 12 il:


Bu gün tənqidçi jurnalist, “Monitor” jurnalının təsisçisi və baş redaktoru Elmar Hüseynov qətlə yetirilməsinin ildönümü ilə əlaqədar məzarı başında anılıb.

Manevr.az xəbər verir ki, mərhum jurnalistin qətlə yetirilməsindən 12 il ötüb. Bununla bağlı mərhumun məzarı başında keçirilən anım mərasimində mərhumun yaxınları, yazarlar, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərhum jurnalistin dostu Şahbaz Xuduoğlunun aparıcılığı ilə keçən tədbirdə Milli Şura sədri Cəmil Həsənli, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, “Turan” agentliyinin baş redaktoru Mehman Əliyev, AXCP sədri Əli Kərimli, Müsavat başqanı Arif Hacılı, jurnalist Xədicə İsmayıl, AĞ partiyanın sədri Tural Abbaslı, video-bloger Mehman Hüseynov və digərləri çıxış ediblər. Çıxışçılar 12 il keçməsinə baxmayaraq hələ də qətlin üstünün açılmadığını, istintaq işinin aparılmadığını vurğulayıblar.

Şahbaz Xuduoğlu çıxışı zamanı həmin günləri bir də xatırladıb, baş verənləri xatırladığı qədər danışıb.

Milli Şura sədri Cəmil Həsənli: "İstintaqı batıran, izi gizlədən keçmiş MTN olub. Onların sayəsində bu işin üstü açılmadı. İndi isə bu nazirlik ləğv edilib. Necə olur ki, MTN-nin yüksək vəzifəli şəxslərinin biznesmenlərin başına açdıqları oyunların üstü indi açılır, amma Elmarın qatilləri tapılmır. Elmar Hüseynovun keçdiyi həyat yolu jurnalistlər, ictimai fəallar, vicdanlı adamlar üçün bir nümunədir. O, öz qələmi və həyatı ilə çoxlarına örnək olub. Elmarın bəzi həmkarları satılıb, yaltaqlıq etməklə məşğul olsalar da, hələ də sözünü satmayan, haqqı yazan jurnalistlər var və olacaq".

Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər 12 il keçməsinə baxmayaraq, hələ də qatillərin aşkar edilmədiyini dedi: "Doğurdan da bu gün həmişəki günlərdən daha çox insan burada iştirak edir. Hər dəfə biz Elmarın məzarı başına toplaşıb, demək olar ki, eyni sözləri deyirik. Hər dəfə təkrar edirik. Çünki vəziyyət dəyişməyib, hər şey olduğu kimi davam edir. Qatillər aşkar edilməyib, onlar azadlıqda dolaşırlar.

Demişdilər ki, 2 həftəyə cinayətkarlar həbs ediləcək. Həmin sözün üzərindən 12 il keçdi, ortada nəticə yoxdur. Hələ susmayan, həqiqəti deyən və yazan jurnalistlər, ictimai fəallar, QHT-lər, həmçinin müxalifət var. Çox çalışsalar da, özlərinə boyun əydirə bilməyiblər. Nə qədər ki, Elmar kimi sözünü deməyə, yazmağa cəsarəti, gücü çatan insanlar var, mübarizə davam edəcəkdir".

Anım mərasimində bundan əlavə, ölkədə müstəqil mətbuatın və vətəndaş cəmiyyətinin hələ də basqılara məruz qaldığı qeyd edildi. Sonda “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun anım mərasimində iştirak edənlərin adından bəyanat elan edildi.

Xatırladaq ki, tənqidçi “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı mənzilin önündə güllələnərək, qətlə yetirilib. Qətlin sifarişçiləri və icraçıları hələ də həbs edilməyib. Jurnalistin həyat yoldaşı və azyaşlı oğlu onun ölümündən sonra Norveçə mühacirət ediblər.(Musavat.com)

Elmar Hüseynovsuz 12 il:

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar