Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Azərbaycan Ermənistana nota verməlidir“ - Hərbi ekspert

Tarix: 27-08-2021 16:46     Baxış: 3218 A- / A+
“Azərbaycan Ermənistana nota verməlidir“ - Hərbi ekspert

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Cəmil Babayev Qarabağda Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidə erməni separatçıları tərəfindən əsir götürülüb.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, C. Babayev Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib. Bu səbəbdən onun haqqında cinayət işi başlanılıb və araşdırma aparılır.

Manevr.az xəbər verir ki, məsələ ilə bağlı bakupost.az -a danışan hərbi ekspert Ədalət Verdiyev MAXE-mizə cinayət işi açılmasını düzgün hesab etmir və bildirib ki, Azərbaycan tərəfi əsgərin geri qaytarılması barədə Ermənistana nota verilməlidir:

“Əsgərimizin Azərbaycan ərazisində saxlanılması tamamilə bütün hüquq qaydalarına zidd bir əməldir. Çünki imzalanan birgə bəyanatın şərtlərinə görə, rusların nəzarətində olan ərazilərdən erməni silahlıları 9 ay qabaq çıxarılmalı idi. Yəni bizim əsgərimizin saxlanılmasında heç bir halda erməni silahlılarına aid strukturlar iştirak edə bilməzdi. Bütün baş verənlər Azərbaycan tərəfinin diqqətində olmalı və əsgərimizin ən qısa müddətdə azad edilməsi ilə bağlı Ermənistana nota verməlidir. Əsgərimiz azad olunmadığı təqdirdə isə Azərbaycan həmin ərazilərdə bu və ya digər əməliyyatları həyata keçirmək hüququna malikdir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar