Xəbər lenti
Məhkəmə AXCP funksionerinin cəzasını azaldıb

Bu gün Ali Məhkəmədə AXCP-nin Rəyasət Heyəti üzvü, Qarabağ qazisi Asif Yusiflinin barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.
APA-nın məlumatına görə, məhkəmə şikayəti qismən təmin edib və onun cəzası 6 ildən 5 ilə endirilib.
Qeyd edək ki, Asif Yusifli Fəridə Zülfüqarovanın şikayəti əsasında 2014-cü ilin noyabrında həbs olunub. O, Fəridə Zülfüqarovanın 7700 manatının dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2015-ci il tarixli hökmü ilə Asif Yusifli 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb. Ali Məhkəmə isə onun cəzasını 6 ilə endirib.
Bu il avqustun 19-da 6 saylı Cəzaçəkmə müəssisəsində Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyevanın sədrliyi ilə A. Yusiflinin cəzasının dəyişdirilməsi ilə bağlı məhkəmə keçirilib. Məhkəmə onun ittiham olunduğu maddəni 178.3.2-dən (külli miqdara ziyan vurmaqla törədildikdə) 178.2-yə (dələduzluq, yəni etibardan sui-istifadə etməklə törədildikdə) maddəsinə dəyişdirilib. Lakin həbs müddəti 6 il olaraq saxlanılıb.
Kassasiya şikayəti həmin qərardan verilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Təqvim
« Oktyabr 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | 31 |
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar