Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Sevinc Qərib "Hardasa o uzaqlarda..."dan sonra "Ovcun əllərimin isti yuvası"na imza atdı

Tarix: 24-08-2021 12:59     Baxış: 3222 A- / A+
Sevinc Qərib "Hardasa o uzaqlarda..."dan sonra "Ovcun əllərimin isti yuvası"na imza atdı

Şair Sevinc Qəribin "Ovcun əllərimin isti yuvası" kitabı çapdan çıxdı.

Bu gün Azərbaycan poeziyasında gənc yazarlar arasında Sevic Qəribin heç kimə bənzəməyən, oxşamayan öz imzası, öz sözü var. Onun bir-birindən maraqlı şeirləri oxucuların böyük marağına səbəb olur. Çapdan çıxan kitabları isə şeirlərdəki obrazlı ifadələrinə, maraqlı sözaltı mənalarına görə böyük müzakirələr yaradır. Sevinc Qərib hər şeirində maraqlı tapıntılarına, ədəbiyyata gətirdiyi yeni sözlərə görə özünün çox böyük dərin təfəkkürə, təxəyyülə malik olduğunu tam sübut eləyir. Ədəbiyyat mütəxəssisləri, tənqidçiləri gələcəkdə Azərbaycanı poeziya sahəsində dünya səviyyəsində tanıda biləcək şairə kimi onun gələcəyinə çox inanırlar və ümid bəsləyirlər. Çox qısa vaxtda böyük oxucu marağı yaradan, maraqlı müzakirəyə çevrilən “Hardasa o uzaqlarda” kitabından sonra Sevinc Qəribin nəfis şəkildə yeni şeirlər kitabı nəşr edilib.
Sevinc Qərib "Hardasa o uzaqlarda..."dan sonra "Ovcun əllərimin isti yuvası"na imza atdı

"Elm və təhsil" nəşriyyatında nəfis şəkildə çapdan çıxan kitabın redaktoru tanınmış şair, jurnalist Namiq Dəlidağlıdı.
Qeyd edək ki, çox maraqlı adı olan "Ovcun əllərimin isti yuvası" şeirlər toplusu istedadlı şairə Sevinc Qəribin "Hardasa o uzaqlarda..." kitabından sonra oxucuları ilə növbəti görüşüdü. Kitaba şairin son illərdə onu çox narahat edən və qələmə aldığı müxtəlif mövzuları əhatə edən poetik nümunələr toplanıb. İnanırıq ki, Sevinc Qəribin bu kitabı da böyük maraqla qarşılanacaq və maraqlı müzakirələr yaradacaq.
Sevinc Qərib "Hardasa o uzaqlarda..."dan sonra "Ovcun əllərimin isti yuvası"na imza atdı

Lilpar CƏMŞİDQIZI,
şairə-qəzəlxa

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar