Xəbər lenti
Nə vaxta kimi pandemiya şəraitində yaşayacağıq?
"Son günlər yoluxma sayının artdığını hamımız müşahidə edirik. Yoluxma sayının artması ilə yanaşı hazırda reanimasiyada olan ağır xəstə sayında da kifayət qədər artım müşahidə olunur ki, bu da irəliləyən günlərdə ölüm rəqəminin arta biləcəyinə işarə edir".
Manevr.az bildirir ki, bunu milli.az-a açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib.
O bildirib ki, insanlar rahat şəkildə yaşamağa davam etmək istəyirlərsə, vaksinasiya prosesində iştirak etsinlər:
"Avqust ayının sonlarına doğru da rəqəmlərin yüksək həddə qalacağı gözlənilir. Bu, bir daha bizim bir müddət daha pandemiya şəraitində yaşayacağımız deməkdir. Bu da məhdudiyyətlər tələb edir. Məhdudiyyətlərin, sərt karantin rejiminin qarşısını almaq üçün müxtəlif variantlardan istifadə olunur ki, bu variantlardan biri də əhali arasında immunlaşmış insanların sayının cox olmasıdır. İmmunlaşmanı ya xəstəliyi keçirib sağalma ilə, ya da vaksinasiya olunmaqla əldə etmək olur. Belə ki, hazırda vaksinasiya prosesi sürətlə davam edir və vaksinasiya prosesini daha da sürətləndirmək üçün insanları vaksinə təşviq etmək üçün immunlaşmanı göstərən sənədlərin cəmiyyətdə müəyyən qədər istifadə olunması artıq bir müddətdir ki, gündəmdədir.
Bəli, biz düşünürük ki, insanlar müəyyən tibb müəssisələrinə müraciət zamanı o məhdudiyyətləri görüb, vaksinasiya olmaq istəyəcəklər və bu da daha çox insanın immunlaşması deməkdir. Hazırda biz vaksin olunanlar arasında ölüm hallarını daha az müşahidə edirik. Statistik olaraq baxsaq, əvvəlki dalgalarda yoluxma sayı 4 min rəqəminə yüksəldiyi zaman xəstəxanaların daha ağır rejimdə çalışması və hazırkı eyni rəqəmlərdə (4 min ətrafı) xəstəxanaların bunla ayaqlaşmasi diqqət çəkir. Buna əsas səbəblərdən biri də yoluxanların arasında vaksinasiya olunanların olması və rəqəmlərin bu qədər yüksək olmasına baxmayaraq əksər insanların xəstəliyi evdə yüngül və orta ağırlıqda keçirməsidir ki, buna da vaksinasiya nəticəsində nail olmuşuq. Ona görə də, insanlar rahat şəkildə yaşamağa davam etmək istəyirlərsə, öz işlərini, təhsillərini qismən də olsa normal şəkildə davam etdirmək istəyirlərsə, vaksinasiya olunmaqları vacibdir".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar