Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Şahbaz Quliyev Kəlbəcərdə girov düşdüyü yerə GETDİ -ŞƏKİL

Tarix: 19-08-2021 21:46     Baxış: 3297 A- / A+
Şahbaz Quliyev Kəlbəcərdə girov düşdüyü yerə GETDİ

Keçmiş girov Şahbaz Quliyev doğma yurdu Kəlbəcəri ziyarət edib.

Bu yaxınlarda Kəlbəcər rayonuna gedən Ş.Quliyev illər öncə ermənilər tərəfindən girov götürüldüyü yerə də baş çəkdiyini bildirib.

“Bir neçə gün əvvəl Kəlbəcərə getmişdim. Saxlanıldığım yerə baş çəkdim, azad olunmuş torpaqlarımıza ayaq basdım, oraları ziyarət etdim”, - deyə erməni girovluğundan azad edilən Ş.Quliyev vurğulayıb.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər.

Onlarla birlikdə gedən 1978-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Həsən Həsənov isə ermənilər tərəfindən öldürülərək Dağlıq Qarabağda dəfn edilib. Uzun danışıqlardan sonra Həsən Həsənovun nəşi 2014-cü il oktyabrın 2-də qarşı tərəfdən alınaraq, yaxınlarına təhvil verilib. Mərhum Binəqədi qəbiristanlığında dəfn edilib.
Şahbaz Quliyev Kəlbəcərdə girov düşdüyü yerə GETDİ

Ermənilərin Qarabağda həmvətənlərimiz üzərində qurduğu qondarma “məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub. 2020-ci ilin dekabr ayında Şahbaz Quliyev və Dilqəm Əsgərov girovluqdan azad edilərək Bakıya gətirilib. modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar