Xəbər lenti
Paşinyandan sürpriz təyinat: Ermənistanda nə baş verir?
Ermənistanın Baş naziri Nikol Pşainyan Dağlıq Qarabağdakı qondarma rejimin sabiq “milli təhlükəsizlik xidməti”nin rəisi Kamo Ağacanyana vəzifə vertməyə hazırlaşır.
“Johovurd” qəzeti belə yazıb.
Mənbə bildirir ki, Kamo Ağacanyanın Ermənistan Milli Təhlükəsizlik Xidməti rəisinin keçmiş birinci müavini Stepan Melkonyanın yerinə təyin ediləcəyi gözlənilir.Birinci müavin postuna MTX-nin Kəşfiyyat Departamentinin rəisi və bu sistemdə peşəkar kadr kimi tanınan Yesayi Mkrtçyanın da təyin ediləcəyi də mümkün hesab edilir.
“Əldə etdiyimiz məlumata görə, son qərar artıq verilib və “Mülki Müqavilə” fraksiyasının deputatı Xaçatur Sukiasyanın səyləri sayəsində Qarabağın MTX-nin direktoru Kamo Ağacanyan MTX direktorunun müavini təyin ediləcək. Ağacanyan 44 günlük müharibə zamanı Qarabağın MTX-yə rəhbərlik edib və bundan sonra vəzifəsindən uzaqlaşdırılıb”, - deyə qəzet yazır.
Qeyd edək ki, Nikol Paşinyan belə bir addım atarsa, bu sərəncam Azərbaycanla münasibətlərin gərginləşdirilməsinə xidmət edəcək. Çünki Azərbaycanın rəsmi İrəvana sülh sazişi imzalamağı təklif etdiyi hazırkı dönəmdə separatçıların nümayəndəsinin Ermənistanın təhlükəsizlik orqanına rəhbər vəzifəyə gətirilməsi münasibətlərə mənfi təsir göstərə bilər.
Bu təyinat 1990-cı illərdə Azərbaycan ərazilərinin işğalında iştirak etmiş terrorçuların Ermənistanda hakimiyyətə gəlməsinə bənzəyir. Nəticədə, Ermənistanın mövqeyində radikal baxışların güclənməsi ərazilərin 28 il işğal altında qalmasına səbəb oldu. Rəsmi İrəvanın heç bir kompromisə getməməsi 2020-ci ildə Azərbaycanı öz ərazilərini güc yolu ilə azad etməyə məcbur etdi.
Ancaq Ermənistan hökumətinin vaxtilə yol verdiyi səhvləri yenidən təkrarlaması müharibədəki məğlubiyyətdən nəticə çıxartmadığını göstərir. İki ölkənin sərhəddində və Qarabağda hərbi təxribatların baş verdiyi bir vaxtda Ermənistanın xüsusi xidmət orqanına 44 günlük müharibədə Azərbaycana qarşı döyüşmüş cinayətkarı rəhbər vəzifəyə təyin etmək vəziyyəti daha da gərginləşdirə bilər.
Yəni Ermənistan tərəfindən növbəti təxribat-diversiya aktlarının törədilməsi hallarının artacağı istisna deyil. Paşinyan əslində, özünə yaxın olan Araik Harutunyanın dəstəsindən olan birini vəzifəyə gətirməklə həm də Qarabağa müdaxilə vasitələrini əlində saxlamağa çalışır. Bu isə bölgədə növbəti hərbi və siyasi qarşıdurmanı körükləyə bilər. cebhe.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar