Xəbər lenti
Bolqarıstanda meşə yanğınları şiddətləndi - ÖLƏNLƏR VAR

Bolqarıstanda baş verən yanğınlarla mübarizədə meşə təsərrüfatı idarəsinin iki əməkdaşı həlak olub, biri isə xəsarət alıb.
Ölkənin Daxili İşlər Nazirliyi xəbər verir ki, Sandanski bölgəsində insan tələfatına səbəb olan daha bir yanğın baş verib. Staroselski rayonunda dörd ev yanıb. Yanğınsöndürənlərə yardım etmək üçün orduya məxsus helikopter əraziyə cəlb olunub.
Ölkənin mərkəzindəki Karlovo bölgəsindəki Stara Planina dağ silsiləsinin ətəyində böyük yanğın bir helikopter, hərbi texnika və yanğınsöndürmə dəstələrinin birgə fəaliyyəti nəticəsində söndürülüb. Yanğın qərbdəki Küstend bölgəsindəki bir kəndə çatdıqdan sonra ən azı altı ev və bir məktəb tamamilə yanıb.
Keçən həftə Bolqarıstan ərazisinə isti hava axını daxil olub. Bununla əlaqədar bazar ertəsi günü hava proqnozu xidməti ölkənin əksər hissəsində təhlükənin daha da ciddiləşəcəyi barədə əhaliyə xəbərdarlıq edib. publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































