Sizin Reklam Burada
Xəbər lenti
09-11-2025
08-11-2025
BÜTÜN XƏBƏRLƏR

Arif Ərşad “Hekayələr”ini təqdim etdi -ŞƏKİL

Tarix: 07-08-2021 12:17     Baxış: 2254 A- / A+
Arif Ərşad “Hekayələr”ini təqdim etdi

Bu gün Sumqayıt şəhər Poeziya Evində yazıçı Arif Ərşadın “Hekayələr” kitabının oxuculara təqdimatı keçirildi. Prezident təqaüdçüsü, AYB-nin üzvü, “Qızıl qələm” mükafatçısı, yazıçı-tərcüməçi Arif Ərşadın “Ömür qatarı” adlı ilk kitabı 2014-cü ildə işıq üzü görüb. “Hekayələr” adlı ikinci kitabı isə 2020-ci ilin dekabr ayında çapdan çıxıb.
Arif Ərşad “Hekayələr”ini təqdim etdi


Əsərləri dövri mətbuatda tez-tez tirajlanan Arif Ərşad müasir ədəbiyyatımızda həqiqətən maraqlı hekayələr ustasıdır. Yazıçı ilk olaraq çox maraqlı süjetlər tapmaq, həmin süjetləri obrazların dilində oxucuya maraqlı dillə çatdırmaq, dərin sözaltı mənalar fikirləşmək, gözlənilməz hadisələr qurmaq istedadına malikdir. Ona görə də hekayələri çox maraqla oxunur. Arif Ərşadın hekayələrində gündəlik həyatın acılı-şirinli anlarında insan xarakterinin və ailədaxili münasibətlərin incə nüansları çox böyük ustalıqla açıqlanır, təbiətə və insana sevgi, vətənpərvərlik tərənnüm olunur. Arif Ərşad müasir dövr hekayə janrında özünəxas üslubda yazıları ilə parlaq şəkildə seçilir.
Arif Ərşad dünya ədəbiyyatından fransız yazıçısı Emil Zolyanın “Tereza Raken”, “Naturalizm” və Amerika yazıçısı Karlos Kostanedanın “Don Xuanın təlimi” romanlarını Azərbaycan dilinə tərcümə edib.

Arif Ərşad “Hekayələr”ini təqdim etdi


Vüsal Hətəmov

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar