Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

"İlin sonuna doğru bu dövlət təşkilatlarında həbslər başlayacaq" - ŞƏRH

Tarix: 06-08-2021 10:15     Baxış: 4127 A- / A+
"İlin sonuna doğru bu dövlət təşkilatlarında həbslər başlayacaq" - ŞƏRH

"Neft və qazın qiymətinin qalxması, pul kredit siyasətinin uğurlu olması və inflyasiyanın cilovlanması fonunda "Fitch” agentliyini Azərbaycanla bağlı belə müsbət rəyə gəlib”.


Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında ekspert Cümşüd Nuriyev Azərbaycanda gələn il üçün valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artımını proqnozlaşdıran "Fitch” reytinq agentliyinin gəldiyi nəticəyə münasibət bildirərkən deyib. O deyib ki, bu təşkilat beynəlxalq hesablama sistemi əsasında Azərbaycanı dəyərləndirib:

"Ölkəmizdə bütün mühasibat sistemi beynəlxalq standartlar səviyyəsindədir. Hətta istənilsə də, bu informasiyaların gizilədilməsi mümkün deyil. Ona görə "Fitch” reytinq agentliyinin verdiyi proqnozlar daha düzgündür, nəinki Azərbaycan daxilində hansısa təşkilat və ya dövlət qurumunun verdiyi qiymətləndirmə”.

Ekspert qeyd etdi ki, üç amilə əsaslanaraq sözügedən agentlik ölkəmizlə bağlı müsbət proqnoz verib:

"Azərbaycanda pandemiyaya baxmayaraq, bu il artıq iqtisadi artım baş verib. Azərbaycan digər tərəfdən, həm də donor ölkədir. Yəni kredit götürmür. Daxili sərmayə qoyuluşu ölkəmizdə yüksəkdir. Əsas səbəb isə odur ki, karbohidrogen yataqlarından əldə olunan neft və qazın satışından xeyli gəlir götürmüşük. Bu da dünya bazarında həmin məhsulların qiymətinin bahalaşması ilə bağlıdır. Azərbaycanın yürütdüyü pul kredit siyasəti də "Fitch”in ölkəmiz barədə belə müsbət proqnoz verməsinə əsas olub. Monetar siyasət yürüdülsə də, Azərbaycanda valyutanın dəyəri saxlanılır, manatın dəyəri qorunur. Eyni zamanda, ölkədə inflyasiya birrəqəmlidir. Ölkədə ümumi daxili məhsulun artımı da proqnozlaşdırılır. 2022-ci ildə 3-4 faiz civarında iqtisadi artım olacaq”.

Azərbaycan həmçinin iqtisadi qənaət rejiminə keçməsi də həmsöhbətimizə görə, agentliyin diqqət mərkəzində olub:

"Əvvəllər kölgə iqtisadiyyatı, qara mühasibat diqqətdən kənarda idisə, artıq onlara münasibətdə də diqqət artıb. İlin sonuna doğru bu sahədə irəliləyiş onunla gündəmə gələcək ki, vəsaitləri təyinat üzrə xərcləməyən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda həbslər başlayacaq. Bunu da beynəlxalq təşkilatlar nəzərə alır”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar