Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Keçmiş deputatın məhkəməsi olacaq - “Bizdən pulu o alıb”

Tarix: 05-08-2021 13:25     Baxış: 4155 A- / A+
Keçmiş deputatın məhkəməsi olacaq - “Bizdən pulu o alıb”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş deputat Rafael Cəbrayılovun işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək.

Prosesdə keçmiş deputat növbəti dəfə ifadə verəcək.

Ötən prosesdə Rafael Cəbrayılov baş verənlərə görə qardaşı Elşən Cəbrayılovu ittiham edib. Keçmiş deputat bildirib ki, borc aldığı şəxslərin pullarını qardaşı mənimsəyib.

Rafael Cəbrayılov həmçinin qeyd edib ki, digər qardaşı Rauf Cəbrayılov və bacılarının əmlaklarını o alıb.

Bildirilir ki, keçmiş deputat hər vəchlə məsuliyyətdən yayınmağa çalışır. Zərəçəkənlər isə baş verənlərdə əsas təqsirkar kimi Rafael Cəbrayılovun adını çəkirlər.

"Bizdən pulu onun qardaşı və yaxud digər yaxınları almayıb. Biz pulu məhz Rafael Cəbrayılova vermişik. Bizi aldadan odur. Dəfələrlər vəd verdi ki, qaytaracaq borcunu. Hətta əmlakını satışa çıxardığını dedi. Amma hamısı vaxt udmaq üçün imiş”, zərərçəkənlərdən biri bildirib.

Rafael Cəbrayılovun işi üzrə 11 nəfər zərərçəkmiş qismində tanınıb. Keçmiş deputat onlardan ümumilikdə 2 milyon 571 manat pul alıb.

Milli Məclisin III, IV və V çağırış (2005-2019) deputatı olmuş Rafael Cəbrayılov CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.qaynarinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar