Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Rövşən Əkbərov əsgərləri obyektində qul kimi işlədib, bir əsgər yanaraq ölüb

Tarix: 04-08-2021 22:16     Baxış: 3294 A- / A+
Rövşən Əkbərov əsgərləri obyektində qul kimi işlədib, bir əsgər yanaraq ölüb

20 il öncə Kiyevdə azərbaycanlı işadamı Elçin Əliyevin qətlinə görə hazırda həbsdə olan Milli Qəhrəman və general Rövşən Əkbərovun haqqında başqa bir cinayət işinin də olduğu bildirilir.

Bu barədə AzadlıqRadiosuna məlumat verən mənbənin sözlərinə görə, həmin cinayət işi generalın 2007-2009-cu illərdə hərbi hissə komandiri olduğu dövrdə tabeliyindəki əsgərlərin onun evində və obyektlərində qul kimi işlədilməsi ilə bağlı olub:

"Rövşən Əkbərovun atasının adını daşıyan oğlu var, Telman Əkbərov. Onun obyekti var, bir hissəsi mebel sexi, bir hissəsi şirniyyat, bir hissəsi mağaza. O obyektdə də əsgərləri işlədiblər. Həmin vaxt orada yanğın olub. Bir əsgər ölüb, qalanları xəsarət alıb. Bu hadisə ilə əlaqədar cinayət işi başlanıb".
Rövşən Əkbərov əsgərləri obyektində qul kimi işlədib, bir əsgər yanaraq ölüb

Mənbənin sözlərinə görə, obyektin mülkiyyətçisi oğul Əkbərov olsa da, rəsmi qaydada N saylı hərbi hissənin giziri İbrahim Həsənov onu icarəyə götürüb. Bu üzdən Həsənov CM-in 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub: "İbrahim Həsənovun istintaqı başa çatıb, işi məhkəməyə göndəriləndə hərbi hissənin başqa vəzifəli şəxsləri, o cümlədən general Rövşən Əkbərov haqqında da Cinayət Məcəlləsinin 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi ayrıldı. Bu, 2009-cu ildə olub. Amma o işə xitam verilmədiyinə görə Rövşən Əkbərovun həbsindən sonra həmin cinayət işi yenidən araşdırılıb".

General Əkbərov həbs olunduqdan sonra onun işi üzrə araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsində aparılıb. İdarədəki mənbə də AzadlıqRadiosuna general haqqında əvvəl cinayət işi olması haqda məlumatı təsdiqləyib. İstintaq İdarəsindən bildirilib ki, 2009-cu il dekabrın 7-də ayrılmış cinayət işi generalın həbsindən sonra – martın 19-da onun ittiham olunduğu qətllə bağlı cinayət işinə birləşdirilib.
Rövşən Əkbərov əsgərləri obyektində qul kimi işlədib, bir əsgər yanaraq ölüb

"Araşdırma aparılıb və belə nəticəyə gəlinib ki, Rövşən Əkbərovun əməlində Cinayət Məcəlləsinin 341.2.3 (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) maddəsinin tərkibi olsa da, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçib. Ona görə də ərizəsi ilə, eyni zamanda, Cinayət-Prosessual Məcəllənin 39.1.3 (cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə) maddəsinə əsaslanaraq, cinayət təqibinə xitam verilib",-mənbə belə deyib.

2021-ci il martın 15-dən həbsdə olan Rövşən Əkbərov 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyevdə kafelərdən birinin həyətində azərbaycanlı işadamı Elçin Əliyevi qətlə yetirməkdə ittiham olunur. Cinayət işinin materiallarında yazılıb ki, gecə saatlarında "Sikora" kafesində yeyib-içəndən sonra Əkbərovla Əliyev arasında mübahisə yaranıb. Onlar kafedən çıxıb mübahisəni davam etdiriblər. Bu zaman general üstündəki hərbi bıçaqla onun ürək nahiyəsinə zərbə endirib.

General ittihamı qəbul etmir. O, bu barədə cinayət işinin materiallarında yazılanları "film ssenarisi" adlandırıb. virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar