Xəbər lenti
“Abidə sizin icazənizlə götürülüb” - Nazirliyə cavab
Vallah, heç özümüz də bilmirik ki, bu məsələ niyə belə qabardılır.
Bu sözləri Azəravtoyol ASC-nin mətbuat katibi Anar Nəcəfli Mikayıl Müşfiqin abidəsinin təmir işləri ilə əlaqədar yerindən götürülməsindən sonra davam edən söz-söhbətlər haqda kuls.az-a danışarkən deyib.
O, Müşfiqin abidəsinin götürülməsinin bütün qurumlarla razılaşdırıldığını bildirib:
“Ötən ilin yayından etibarən “Sovetski”nin yenidən qurulması işləri layihəsinə start verildi. Layihə çərçivəsində Statistika Komitəsinin və Nərimanov heykəlinin ətrafı və Füzuli meydanında yenidənqurma işlərinin görülməsi planlaşdırıldı. Bu layihə də bütün qurumlarla razılaşdırılıb. Eləcə də Mədəniyyət və Turizm Nazirliyi ilə. İndi Müşfiqin abidəsinin götürülməsinə nazirlik, mətbuat niyə belə sərt reaksiya verir, özümüz də bilmirik. Biz vandalizm aktı törətmirik. Əslində, abidənin yerləşdiyi məkan heç də Müşfiqə yaraşan yer deyil.
Biz abidəni götürmüşük, aşağısındakı qranitlərə belə əl vurmamışıq. Hazırda həmin ərazidə ağır texnika işləyir, park salınır. Abidə orada qalsaydı, ciddi zərər görərdi. Biz orada daha geniş park salıb, abidəni də olduğu kimi yerinə qoyacağıq”.
Qeyd edək ki, Azəravtoyol ASC-nin Mikayıl Müşfiqin abidəsini götürməsindən sonra Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev başda olmaqla, Azərbaycanın bir sıra tanınmış şəxsləri və ictimai xadimi bunu kəskin şəkildə qınamaqdadır. Azəravtoyol ASC-nin ötən gün abidənin müvəqqəti götürüldüyü və ərazinin təmirindən sonra yerinə qaytarılacağı, o cümlədən heykəlin qorunmasını təsdiqləyən fotoları yaymasından sonra da tənqidlər səngimir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar