Xəbər lenti
Deputat polisi onunla birlikdə döyüb?: Sürücümü tapa bilmirəm ki… - KEÇMİŞ BAŞÇI
Deputat Eldəniz Səlimov polis əməkdaşı Zaur Mirzəyevi tək döyməyib. Hadisə zamanı Xaçmazın keçmiş icra başçısı, hazırda Yeni Azərbaycan Partiyasının yerli təşkilatının sədri olan Şəmsəddin Xanbabayevin Mənsur adlı sürücüsü də orada olub. İddialara görə, keçmiş icra başçısının sürücüsü artıq saxlanılıb.
Manevr.az xəbər verir ki, "Qaynarinfo" məsələ ilə bağlı Şəmsəddin Xanbabayevlə əlaqə saxlayıb.
- Şəmsəddin müəllim, iddia olunur ki, deputat Eldəniz Səlimov polis əməkdaşı Zaur Mirzəyevi döyərkən sürücünüz Mənsur da ona yardımçı olub…
- Deputatın maşını olmayıb, mənim maşınımda gedib. Amma bu maşın xidməti avtomobil deyil. Şəxsi maşındır. Sürücümün hadisədə iştirak edib-etmədiyini bilmirəm.
- Yəni, təsdiqləyirsiniz ki, sürücünüz hadisə zamanı həmin restoranda olub?
- Deputatın maşını olmayıb, mənim şəxsi maşınımda gedib. O restoran da burda yaxınlıqdadır. İcra başçısı olanda samovar tikmişəm ha, bax onun yanında. Orda olub hadisə. Amma sürücünü tapa bilmirəm ki, həqiqəti öyrənib sizə deyim.
- Məlumat yayılıb ki, sürücünüz artıq saxlanılıb…
- Niyə? Günahı nədir?
- İddia olunur ki, o da polis əməkdaşını vurub.
- O, 30 ildir mənim yanımda işləyir. İnandırıram sizi ki, elə adam deyil. İndi saxlayıblarsa, yəqin araşdırıb həqiqəti üzə çıxararlar. Amma yenə də deyirəm, o, davakar adam deyil. Sadəcə deputat mənim maşınımda gedib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar