Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

BDU-dakı qanlı bıçaqlanmada Abel Məhərrəmov “izi"

Tarix: 30-07-2021 10:29     Baxış: 4204 A- / A+
BDU-dakı qanlı bıçaqlanmada Abel Məhərrəmov “izi"

Bakı Dövlət Universitetinin rektorunun (BDU) maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyev bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən, həmin universitetin əməkdaşı, paytaxt sakini, 1963-cü il təvəllüdlü İsmixan Mirzəyev Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək saxlanılıb.

Xatırladaq ki, qanlı olayı icra edən İsmixan Mirzəyev Bakı Dövlət Universitetinin keçmiş rektoru, sabiq deputat Abel Məhərrəmovu məhkəməyə vermişdi.

İyunun 9-da Yasamal Rayon Məhkəməsində keçirilən prosesdə bəlli olmuşdu ki, BDU-nun keçmiş rektoru, sabiq deputat Abel Məhərrəmov evində və obyektlərində tikinti-təmir işləri gördürsə də, işləri görən insanların pullarını ödəməyib. Ona görə də hakim Abel Məhərrəmovun üzərinə iddiaçı İsmixan Mirzəyevə 811 min manat ödəmək öhdəliyi qoyub.

İsmixan Mirzəyevin iddiası əsasında, Abel Məhərrəmovla yanaşı, BDU-nun keçmiş prorektoru Nəbi Ramazanlı da cavabdeh qismində prosesə cəlb olunub. Çünki Abel Məhərrəmovun imarət və obyektlərinin tikintisinə sabiq prorektor rəhbərlik edib. İsmixan Mirzəyev çox vaxt danışıqları onunla aparıb.

Onun iddia ərizəsində göstərilib ki, BDU-nin keçmiş rəhbəri paytaxtda 4 mərtəbəli ev tikdirib. Həmin evin pilləkənlərinin yığılması, istilik sisteminin quraşdırılması və s. işlərin görülməsini İsmixan Mirzəyevin rəhbərlik etdiyi komandaya həvalə edib. Həmin işlər görülüb təhvil verilsə də, pulun indiyədək ödənilmədiyi bildirilir.

Yaxud da Abel Məhərrəmova məxsus olduğu iddia edilən "Mona Liza” şadlıq sarayında mebel işləri gördürülsə də, ustalar hələ də əmək haqqını ala bilmədiklərini deyirlər. Hətta Abel Məhərrəmovun Mərdəkandakı, Xaçmaz rayonunun Nabran qəsəbəsindəki bağ evlərində quraşdırılmış mebellərin, başqa obyektlərində görülən işlərin, istifadə olunan materialların də pullarının ödənilmədiyi məhkəmədə bildirilib.

Bütün bunlar isə məhkəmədə quraşdırılan kameraların yaddaşına köçürülüb. Lakin hakim Vahid Hacıyevin məhkəmə zalında qətnamənin "qət etdi” hissəsi oxunsa da, sonradan sabiq rektorun əleyhinə qətnamə geri oxunub.

Abel Məhərrəmovun vəkili isə birmənalı deyib ki, məhkəmə şikayəti rədd edib, bununla bağlı vahid məhkəmə portalında məlumat əks olunub.

Şikayətçi tərəf olan İsmixan Mirzəyev bu olaydan şoka düşdüyünü deyib: "Qətnaməni elan edəndən sonra hakim Vahid Hacıyev dedi ki, iddia təmin olunur. Hətta cavabdeh tərəfin vəkili Altay Əfəndiyevə üzünü tutaraq bildirdi ki, apelyasiya şikayəti etmək hüququnuz var.

Sonradan hakim otağına gedib, başqa şey yazıb. Və biz də sevincək məhkəmə binasını tərk etdik. Lakin hakim otağına gedəndən sonra qərarı tamamilə dəyişib, qətnaməyə başqa şey yazılıb. Abel Məhərrəmovun qardaşı Ədliyyə Nazirliyində yüksək vəzifə tutur. Görünür, bu amilin rolu oldu. Biz mübarizəmizi sonadək aparacağıq”.

Bu xəbərlərdən sonra adı Abel Məhərrəmovla məhkəmə çəkişməsində keçən İsmixan Mirzəyevin BDU rektoru Elçin Babayevin müşaviri və komendantı ilə qanlı insidenti haqlı suallar doğurur. /musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar