Sizin Reklam Burada
Xəbər lenti
09-11-2025
08-11-2025
07-11-2025
BÜTÜN XƏBƏRLƏR

Erməni qadın jurnalist: “İndi Füzuli-Şuşa tunelinə baxın, yerə girin”

Tarix: 27-07-2021 21:21     Baxış: 3162 A- / A+
Erməni qadın jurnalist: “İndi Füzuli-Şuşa tunelinə baxın, yerə girin”

“Ermənistanın Azərbaycanla sərhəd bölgələrində yaşayan ermənilər zamanla ölkəmizin tərkibində yaşamaq istəyəcəklər”.

Manevr.az xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Ekspert Azərbaycanın işğaldan azad edilmiş ərazilərində görülən quruculuq işlərinə ermənilərin reaksiyasına diqqət çəkib:

“İşğaldan azad edilən rayonlarda aparılan quruculuq işləri erməniləri heyrətləndirməkdə davam edir. Əlbəttə ki, belə az vaxtda Prezident İlham Əliyevin xüsusi diqqət və nəzarəti ilə həyata keçirilən quruculuq və yenidənqurma işləri regionu tez bir zamanda cənnət guşəsinə çevirəcək. Sirr deyil ki, sərhədyanı ərazilərdə yaşayan ermənilər zaman keçdikcə Azərbaycanın tərkibinə daxil olmaq istəyəcəklər.

Yenidənqurma işlərinə və Ermənistanın uzun illər vandallıqla məşğul olmasını dolayı yolla artıq ermənilər də etiraf edirlər. Misal üçün, erməni jurnalist Bella Lalayan sosial media hesabında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndindən keçən hissəsində inşa olunacaq tunelin fotoşəklini paylaşaraq qeyd edib: “30 il ərzində Xankəndində tunelimiz, asfaltımız olmadı. İndi Füzuli-Şuşa tunelinə baxın, yerə girin”./teleqraf.com

Manevr.az
Erməni qadın jurnalist: “İndi Füzuli-Şuşa tunelinə baxın, yerə girin”
Erməni qadın jurnalist: “İndi Füzuli-Şuşa tunelinə baxın, yerə girin”

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar